TÜİB və ATİB-in nümayəndə heyəti Azərbaycanın ən iri texnologiyalar parkında olub
“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi” (TÜİB) və “Azərbaycan Türkiyə İş Adamları Birliyi” (ATİB) təşkilatlarının üzvlərindən ibarət nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub.
Əvvəlcə qonaqlara STP haqqında ümumi məlumat verilib. Nümayəndə heyətinin istehsal prosesi ilə yaxından tanış olması üçün müəssisələrə ekskursiya təşkil edilib. İstehsal müəssisələrinin arasında Kabel zavodu, Polimer məmulatlar zavodu, Qaynar Sinkləmə zavodu və Ağır Maşınqayırma zavodu qonaqların xüsusi marağına səbəb olub. İstehsal olunan məhsullar haqqında geniş məlumat verilib, bildirilib ki, istehsal imkanlarına görə STP nəinki Azərbaycanda, hətta MDB regionunda qabaqcıl şirkətlərdən biridir. Belə ki, STP-nin istehsal etdiyi bəzi xüsusi məhsullar vardır ki, onların istehsalı dünyada çox az ölkədə təşkil olunmuşdur. İstehsal sahələrinin ekskursiyası zamanı qonaqları maraqlandıran çoxsaylı suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb. Bildirilib ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında hazırda 13 zavod və 25-dən artıq istehsal sahəsi fəaliyyət göstərir. Yaradılmış istehsal sahələri və istehsal edilən məhsullar Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafını nümayiş etdirir və gələcək inkişafı üçün böyük imkanlar yaradır.
Daha sonra STP-nin baş direktorunun birinci müavini Kamran Abbasovun iştirakı ilə geniş tərkibli görüş keçirilib. Təşkilatlara üzv şirkətlərlə gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı məsələləri müzakirə olunub. Qonaqlar STP-nin istehsal gücünün onlarda böyük maraq oyatdığını, xüsusən xarici bazarlara çıxış üçün böyük imkanların olduğunu vurğulayıblar.
Baş direktorun birinci müavini çıxışı zamanı STP ilə təşkilatlara üzv şirkətlər arasında əməkdaşlıq əlaqələrin qurulmasından və daha da genişləndirilməsindən yana olduqlarını qonaqların diqqətinə çatdırıb. Qeyd edib ki, STP-nin tərkibində olan müəssisələr istehsal etdiyi yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən məhsulları və xidmətləri ilə istənilən layihədə uğurla iştirak etməyə hazırdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
3 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
3 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
8 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 14 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
























