3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Nəinki ölkəmizdə, eləcə də bütün dünyada məşhur olan Naftalan öz unikal müalicəvi əhəmiyyətə malik olan nefti ilə məşhurdur. Bu neftin dünyada analoqu yoxdur və ondan 70-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Xüsusən onun hərəkət-istinad, nevroloji, damar, uroloji, ginekoloji və dəri xəstəliklərinin müalicəsində böyük əhəmiyyəti vardır.
Hazırda Naftalanda beynəlxalq standartlara cavab verən 3-ü beş ulduz olmaqla ümumilikdə 20 hotel və müalicə sağlamlıq mərkəzi fəaliyyət göstərir. Turizm obyektləri gün ərzində 4000-dən çox qonağa xidmət göstərmək imkanına malikdir. Bu, Bakıdan sonra regionlar üzrə qonaqların gecələmə sayına görə yüksək rəqəmlərdən sayılır.
Son illər Naftalana gələn turistlərin sayında artım qeydə alınır. Təkcə 2025-ci ildə Naftalana 44 mindən çox turist səfər etmişdir ki, onlardan da 18 min nəfəri dünyanın 53 ölkəsindən olan vətəndaşlardır. İlk üçlükdə Rusiya Federasiyası, Özbəkistan və Qazaxıstandan gələn turistlər olmuşlar. 2026-cı ilin birinci rübü ərzində də şəhərə gələn turistlərin sayında artım qeydə alınmışdır. 3 ayda Naftalana 8821 nəfərdən çox qonaq gəlmişdir. Onlardan 3222 nəfəri xarici turistlərdir.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
9 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
9 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
14 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 19 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























