Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Bank sektoru üzrə kredit riskləri stabil olaraq qalmaqdadır. 2025-ci il ərzində qeyri-işlək portfelin həcmi 16.4% (107 mln. manat) artaraq 763 mln. manat təşkil etmişdir. Qeyri-işlək portfellər üzrə istehlak kreditlərində 58 mln manat artım, biznes kreditlərində 54 mln. manat artım, ipoteka kreditlərində isə 5 mln. manat azalma baş vermişdir. Nəticədə, qeyri-işlək portfelin cəmi kredit portfelində payı yarımil ərzində 0.1 f.b. artaraq 2.5% təşkil etmişdir.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin sonuna olan məlumatlar əsasında hazırlanmış Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Qeyd edilib ki, mümkün kredit risklərini tam qarşılaya bilmək üçün bank sektorunun yetəri qədər ehtiyatlanması mövcuddur. Bank sektorunda kreditlər üzrə mümkün zərərləin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatların məbləği 1.75 mlrd. manat təşkil edir ki, bu da qeyri-işlək portfelin həcmindən 230% çoxdur. Xüsusilə də, istehlak kreditləri üzrə yaradılmış məqsədli ehtiyatlar 1.27 mlrd. manat olmuşdur ki, bu da istehlak kreditləri üzrə QİK məbləğindən təxminən 4 dəfə çoxdur. Qeyd edilən faktlar bank sektorunun ehtiyatlanma səviyyəsinin potensial risklərin absorbsiya edilməsinə imkan verdiyini deməyə əsas verir.
2025-ci il ərzində bank sektoru üzrə 223 mln. manat məbləğində silinmə baş vermişdir. Silinmələr əsasən istehlak portfeli üzrə olmuşdur. Belə ki, dövr ərzində silinmələrin 60.9%-i (135.8 mln. manat) istehlak portfeli üzrə, 37.8%-i (84.2 mln. manat) isə biznes portfeli üzrə olmuşdur.
Biznesin kreditlərinin cəmi 2.7%-i qeyri-işlək statusundadır. Ötən ilin sonu ilə müqayisədə biznes portfeli üzrə QİK-nin həcmi 14.4% artaraq 429 mln. manat təşkil etmişdir. QİK əmsalı isə bu seqment üzrə 0.2 f.b. artaraq 2.7% təşkil etmişdir. Dövr ərzində qeyri-işlək portfelin artımı əsasən ticarət sektoru üzrə müşahidə olunub. Təhlillər biznes portfelində QİK-in artımının fərdi müştərilər hesabına olduğunu və sistem xarakteri daşımadığını göstərir.
İstehlak portfelinin kredit riskləri davamlı monitorinq olunur. 2025-ci il ərzində istehlak kreditləri üzrə qeyri-işlək portfelin həcmi nominal ifadədə 23.7% artaraq (58 mln. manat) 305 mln. manat olmuşdur. Eyni zamanda, QİK əmsalı 0.3 f.b. artaraq 3.3%-ə yüksəlmişdir.
İstehlak portfelində BGN>45% portfelin payı yüksək olaraq qalmaqdadır. Qiymətləndirmələrə əsasən istehlak portfelinin 38% hisəssi BGN>45% statusundadır. 2025-ci ilin sonuna olan məlumatlara əsasən BGN<45% portfel 5.8 mlrd. manat, BGN>45% portfel isə 3.5 mlrd. manat təşkil etmişdir. BGN yüklənməsinin artım tempinə nəzər yetirdikdə isə son dövrlərdə azalma müşahidə olunur.
Əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilməyinə baxmayaraq, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərdəki payı artmaqdadır. Belə ki əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0.4 f.b. artaraq 18.4% olmuşdur.
İpoteka portfeli üzrə QİK əmsalı son illərin ən aşağı həddindədir. 2025-ci ilin sonuna ipoteka portfeli üzrə QİK-in nominal həcmi 14.3% (4.9 mln. manat) azalaraq 29.1 mln. manat təşkil etmişdir. İpoteka portfelində cari il ərzində qeyri-işlək kreditlərin payı 0.2 f.b. azalaraq 0.6% səviyyəsinə enmişdir. Dövlət vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin QİK əmsalı 0.1%, bankların öz vəsaitləri hesabına verilmiş ipoteka kreditləriin QİK əmsalı 1.3% olmuşdur.
Restrukturizasiya olunmuş portfeldə azalma müşahidə olunur. 2025-ci il ərzində restrukturizasiya olunmuş portfelin həcmi 14% (154 mln. manat) azalaraq 0.95 mlrd. manat olmuşdur. Azalma əsasən biznes portfeli (290 mln. manat) üzrə olmuşdur. İstehlak portfeli üzrə isə restrukturizasiya edilmiş kreditlərdə artım (135 mln. manat) müşahidə edilsə də, ipoteka portfeli üzrə restrukturizasiya edilmiş kreditlərdə ciddi dəyişiklik baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























