Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və TuranBank ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev və EMTA-nın İdarə Heyəti sədrinin müavini Rövşən İsmayılov imzalayıblar.
Müqavilənin əsas məqsədi bankla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi və bu istiqamətdə güzəştli kreditlərin verilməsini təmin etməkdir. Rövşən İsmayılov Fond barədə məlumat verərək, enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin müasir dövrdə əhəmiyyətini qeyd edib. Ölkənin aparıcı bankları ilə əməkdaşlıq müqavilələrinin imzalandığını diqqətə çatdıraraq o, bu çərçivədə əməkdaşlığın gələcək perspektiv imkanlarını vurğulayıb.
TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev: “TuranBank olaraq biz yerli və beynəlxalq fondlarla geniş əməkdaşlıq təcrübəsinə malikik. Enerji effektivliyi fondu ilə qurulan bu tərəfdaşlıq ölkəmizdə enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üçün yeni və geniş imkanlar açacaq. İnanırıq ki, geniş filial şəbəkəmiz vasitəsilə bu vəsaitlərin real sektora yönəldilməsi iqtisadiyyatın dayanıqlı inkişafına öz töhfəsini verəcəkdir.”
Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























