Vüqar Namazov: "1,5 milyona yaxın olan müştəri bazamız üzərindən "PAŞA Bank"ın yanındayıq"
"Biz "Unicapital" olaraq 20 ilə yaxındır bazardayıq, mötəbər hadisələrin şahidi oluruq. Biz bu gün tarixi hadisənin - Azərbaycan bazarında ilk özəl İPO-nun şahidi oluruq".
Marja.az-ın məlumatına görə, bunu "PAŞA Bank"ın İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışına start verilməsi tədbirində "Unicapital İnvestisiya Şirkəti"nin Baş direktoru Vüqar Namazov bildirirb.
Vüqar Namzov qeyd edib ki, "Unicapital" 20 ilə yaxındır bazara, müştərilərə və şirkətlərə dəstək göstərir:
"Bu gün də biz bütün kanallarımız - o cümlədən rəqəmsal kanallarımız, 33 filial, 1 milyon 500 minə yaxın olan müştəri bazamız üzərindən PAŞA Bankın, Bakı Fond Birjasının və anderrayter həmkarlarımızın yanındayıq".
"Unicapital" Baş direktoru vurğulayıb ki, İPO-nun şərtlərində fiziki şəxslərin ön plana çəkilməsi - ilkin olaraq onların sifarişlərin yerləşdirilməsinin nəzərdə tutulması fərdi investorların həqiqətin bazarın inkişafı üçün vacib olduğuna bir işarədir.
Qeyd edək ki, bu gün "PAŞA Bank"ön İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində səhmlərinin abunə yazılışına start verilib. Səhmlər artıq hər kəs üçün açıqdır. Abunə yazılışı 13 aprel-12 may 2026-cı il tarixlərində davam edəcək.
Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.
İnvestorlar PAŞA Bank, Birbank Invest, həmçinin əsas anderrayter "PAŞA Kapital", "ABB Invest", "Unicapital" və Leobank platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər. Fiziki olaraq isə proses PAŞA Bank, Kapital Bank və Unibank filiallarında, eləcə də PAŞA Kapital ofisində mümkündür.
Ətraflı məlumat əldə etmək üçün ipo.pashabank.az saytına keçid edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























