“E-müqavilə”nin tətbiqinə başlandı - Mal və xidmətlərin alınması üzrə müqavilələr bu altsistem ilə bağlanacaq
Aprelin 10-dan etibarən mərhələli şəkildə büdcə təşkilatları tərəfindən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsi “e-müqavilə” altsistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.Azərbaycan Respublikasında dövlət satınalmalarının daha şəffaf, operativ və səmərəli təşkili məqsədilə Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (https://rdmis.gov.az/ RDMİS) tərkib hissəsi olan “e-müqavilə” altsistemi istifadəyə verilib.
Bu gün, aprelin 10-dan etibarən mərhələli şəkildə büdcə təşkilatları tərəfindən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsi “e-müqavilə” altsistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
“e-müqavilə” altsistemi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir.
Yeni sistem dövlət satınalmalarında müasir idarəetmə yanaşmalarının tətbiqi və rəqəmsal transformasiyanın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tətbiq olunan idarəetmə yanaşması müqavilə, uçot və ödəniş zəncirinin RDMİS-in vahid mərkəzləşdirilmiş elektron mühitində idarə edilməsini təmin edir. Bu isə müqavilə öhdəliklərinin sistemli uçotunun aparılmasına, eləcə də dövlət vəsaitlərinin hərəkətinin daha şəffaf və operativ şəkildə izlənilməsinə imkan verir.
Eyni zamanda, adıçəkilən informasiya sistemində toplanan məlumatlar əsasında gələcəkdə süni intellekt texnologiyalarının tətbiqi nəzərdə tutulur ki, bu da risklərin əvvəlcədən müəyyən edilməsinə əlavə imkanlar yaradacaqdır.
Sistemin tətbiqi həmçinin, kağız sənəd dövriyyəsinin azalmasına, əməliyyatların operativliyinin artmasına və insan amilindən irəli gələn risklərin minimuma endirilməsinə xidmət edir. Bu yanaşma dövlət xəzinədarlığı tərəfindən həyata keçirilən ödənişlərin daha dəqiq və əsaslandırılmış şəkildə icrasının təmin edilməsi ilə yanaşı, həm büdcə təşkilatları, həm də təchizatçılar üçün praktiki üstünlüklər yaradır.
Belə ki, büdcə təşkilatları üçün müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət proseslərinin vahid elektron mühitdə həyata keçirilməsi idarəetmənin daha çevik və şəffaf təşkilinə imkan verir, vaxt itkilərini və inzibati yükü azaldır. Təchizatçılar isə müqavilələrin elektron qaydada operativ imzalanması, statusunun real vaxt rejimində izlənilməsi və ödəniş prosesləri ilə bağlı məlumatlara birbaşa çıxış əldə etməklə proseslərdə daha aktiv və məlumatlı iştirak imkanı qazanırlar.
Sözügedən sistem istifadəyə verilməzdən əvvəl Maliyyə Nazirliyi tərəfindən büdcə təşkilatlarının dövlət satınalmaları prosesində, o cümlədən müqavilələrin tərtibində iştirak edən əməkdaşları üçün “e-müqavilə” sisteminin tətbiqi və istifadə qaydaları ilə bağlı praktik təlimlər keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanından irəli gələn tapşırıqlara uyğun olaraq hazırlanan “e-müqavilə” sistemi dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsinin təmin edilməsi və bu müqavilələrin elektron qaydada bağlanılmasının təşkili istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























