Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb. Şirkət hesabat ilini 100 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici əvvəlki illə müqayisədə 38,9 % çoxdur.
Maliyyə hesabatına əsasən, ötən il şirkətin gəlirləri 22 milyon 298 min manat təşkil edib ki, bu da illik müqayisədə 75,2 % artım deməkdir. Xərclər 22 milyon 170 min manat olub və 75,6 % artıb. Şirkətin mənfəət vergisi üzrə ödənişləri isə 28 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,7 % azdır.
2026-cı ilin 1 yanvar tarixinə olan məlumata görə, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin aktivləri 10 milyon 51 min manat olub. Bu isə illik müqayisədə 31,2 % azalma deməkdir. Hesabat dövründə öhdəliklər 7 milyon 762 min manata düşərək 36,7 % azalıb, balans kapitalı isə 2 milyon 288 min manata enərək 2,3 % azalma göstərib.
Qeyd edək ki, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" 2024-cü ilin avqust ayında yaradılıb. Şirkətin nizamnamə kapitalı 2 milyon 187 min 500 manatdır. Səhmdarları hər biri 16,67 % paya malik olan 6 yerli sığorta şirkəti — "PAŞA Sığorta", "Qala Sığort"a, "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta" və "Azsığorta" ASC-ləridir.
Şirkət Aqrar Sığorta Fondunun idarəedici təşkilatı kimi fəaliyyət göstərir. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanmasını, sığorta hadisələri üzrə müraciətlərin qəbulunu və aqrar sığorta sisteminin ümumi idarə edilməsini həyata keçirir. Təsisçi sığorta şirkətləri isə sistemdə vasitəçi rolunu oynayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























