“Azərsun Holdinq”in Müşahidə Şurasına yeni sədr təyin edilib
Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri vəzifəsinə Tahir Gözel təyin edilibAzərbaycanın aparıcı şirkətlər qruplarından biri olan “Azərsun Holdinq”in idarəetməsində strateji dəyişiklik həyata keçirilib.
Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri vəzifəsinə Tahir Gözel təyin edilib.
Bildirilib ki, bu dəyişiklik ailə biznesinin növbəti nəslə etibarını və holdinqin müasir, innovativ idarəçilik modelinə keçidini simvolizə edir.
Tahir Gözel Şeffild Universitetinin Menecment fakültəsinin və Fransa Sup de Co Universitetinin məzunudur. O, “Greentech” və digər qlobal şirkətlərə rəhbərlik etməklə yanaşı, ölkəmizdə süni intellekt və İT sahəsində ən müasir standartlara cavab verən “Proxima” şirkətinin qurucusudur.
Yeni sədr “Azərsun Holdinq”in ixrac coğrafiyasını hazırkı 40 ölkədən 60-a çatdırmağı, istehsalatda AI əsaslı optimallaşdırmanı tətbiq etməyi və “Made in Azerbaijan” brendini dünyaya tanıtmağı hədəfləyir.
O, həmçinin “Qarabağ” Futbol Klubunun rəhbəri, 6 xarici dildə sərbəst danışan iş adamıdır, ailəlidir, 3 övladı var.
Xatırladaq ki, bundan əvvəl “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri vəzifəsi Ahmad Gozala həvalə edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























