PAŞA Bank tarixi İPO-ya start verir - 1 SƏHMİN İLKİN YERLƏŞDİRMƏ QİYMƏTİ MƏLUM OLDU
"PAŞA Bank" ASC gələn ay yerləşdirməyi planlaşdırdığı yeni səhmlərin ilkin yerləşdirmə qiymətini nominal dəyərindən (20 manat) 2,75 dəfə çox - 55 manat müəyyən edib. Başqa sözlə, "PAŞA Bank" yeni səhmlərini nominal dəyərindən 3 dəfəyə yaxın baha satmağı hədəfləyir.PAŞA Bank ilk dəfə olaraq səhmlərini geniş ictimaiyyətlə bölüşür və bununla ölkənin aparıcı özəl bankdan pay almaq imkanı verir.
Bankdan Marja.az-a bildirilib ki, İlkin Kütləvi Təklif (IPO) çərçivəsində abunə yazılışı 13 aprel – 12 may 2026-cı il tarixlərində həm fiziki, həm də hüquqi şəxslər üçün açıq olacaq.
Bu çərçivədə bank kapitalının 5%-ni təşkil edən 932 min 926 ədəd adi, adlı səhm investorlara təqdim olunur.
Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib (nominal qiyməti 20 manatdır - red), minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanacaq. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçiriləcək.
Beləliklə, "PAŞA Bank" səhmlərinin 5 faizini satmaqla 51 milyon 311 min manat cəlb etməyi hədəfləyir.
İnvestorlar PAŞA Bank, Birbank Invest, həmçinin əsas anderrayter PAŞA Kapital, ABB Invest və Unicapital platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər.
Qeyd edilib ki, yerləşdirmə emissiya prospektində göstərilən ardıcıllığa uyğun olaraq icra ediləcək.
Ətraflı məlumat əldə etmək üçün ipo.pashabank.az saytına keçid edin.
Bu IPO Azərbaycan tarixində özəl təşkilat tərəfindən həyata keçirilən ilk bank IPO-sudur və ölkənin kapital bazarlarının inkişafında mühüm mərhələ hesab olunur.
Beynəlxalq reytinq agentliyi Standard & Poor's 2026-cı ildə PAŞA Bank-ın kredit reytinqini "BB-/B" səviyyəsində “Pozitiv” proqnoz ilə təsdiqləyib. Bank eyni zamanda International Investor Magazine tərəfindən 2026-cı il üzrə "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı KOS bankı" seçilib. 2024–2025-ci illərdə Euromoney, Global Finance və Stevie Awards tərəfindən də bir sıra beynəlxalq mükafatlara layiq görülüb, o cümlədən Stevie Awards-da "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatını qazanan ilk Azərbaycan bankı olub.
PAŞA Bank qeyri-neft sektorunun inkişafını, real sektorun maliyyələşdirilməsini və iqtisadiyyatın şaxələndirilməsini əsas prioritet kimi müəyyən edib. Bank Azərbaycandan əlavə Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























