"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
ABŞ Prezidenti Donald Tramp bazar günü bildirib ki, İran tərəfindən F-15E döyüş təyyarəsi vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib. Eyni zamanda o, xəbərdarlıq edib ki, əgər Tehran çərşənbə axşamına qədər Hörmüz boğazını yenidən açmasa, ABŞ İranın əsas infrastruktur obyektlərinə zərbələr endirəcək.
Tramp təsdiqləyib ki, İran ərazisində vurulan “F-15E Strike Eagle” qırıcı təyyarəsindən sonra itkin düşmüş ABŞ hərbi hava qüvvələri üzvü xilas olunub. Təyyarənin pilotu isə hadisədən qısa müddət sonra xilas edilmişdi.
“BİZ ONU TAPDIQ!” – deyə Tramp “Truth Social” platformasında yazıb.
Prezident qeyd edib: “Son saatlar ərzində ABŞ ordusu ölkə tarixində ən cəsarətli axtarış və xilasetmə əməliyyatlarından birini həyata keçirdi.”
Daha sonra o bildirib ki, xilas edilən hərbçi – zabit – “ağır yaralıdır”.
“Biz ağır yaralı, lakin son dərəcə cəsur F-15 ekipaj üzvünü (zabit) İranın dağlıq ərazilərinin dərinliklərindən xilas etdik. O, yüksək hörmətə malik hərbiçidir”, – deyə Tramp əlavə edib.
Tramp bildirib ki, əməliyyatın təhlükə altına düşməməsi üçün ilk ekipaj üzvünün xilas edilməsi barədə ilkin mərhələdə məlumat açıqlanmayıb.
Prezident həmçinin qeyd edib ki, bazar ertəsi saat 13:00-da Oval kabinetdə keçiriləcək mətbuat konfransında İrandakı hərbi əməliyyat barədə çıxış edəcək.
Tehran və Vaşinqton şənbə günü təsdiqləyiblər ki, İran iki nəfərlik F-15E təyyarəsini vurub. Bu hadisə ABŞ və İsrailin 28 fevral tarixində İrana qarşı hava zərbələrinə başlamasından sonra İran qüvvələrinin ilk dəfə ABŞ döyüş təyyarəsini uğurla vurması kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























