Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Aprelin 3-də “JW Marriott Absheron Baku” hotelində Azərbaycanın “İMOTORS” şirkəti Çinin “CHERY” qrupuna daxil olan OMODA və JAECOO markalarının rəsmi təqdimatını keçirib.
Qeyd edək ki, “IMOTORS” şirkəti bu markalar ilə rəsmi distribyutorluq müqaviləsini ötən il imzalayıb.
Marja.az-ın məlumatına görə, tədbirdə öz çıxışında“İMOTORS” MMC-nin direktoru Əli Əhədov deyib: “Bu biz gün sıradan bir avtomobil brendi təqdim etmirik, Azərbaycanın avtomobil bazarında yeni mərhələnin başlanğıcını təqdim edirik”.
Onun sözlərinə görə, OMODA və JAECOO beynəlxalq bazarlarda öz sözünü deyib. Bu brendlər qloblal brendlər ilə sıx əməkdaşlıq və tərəfdaşlıq edirlər:
“Hazırda Çində 100-dən çox avtomobil brendi var. Bu brendlərin bir çoxu startaplardır. Bəzi brendlərin isə tarixi var və qlobal avtomobil brendləri ilə uzun illərdir birgə əməkdaşlıq edirlər. OMODA və JAECOO brendlərinin daxil olduğu qrup Land Rover ilə sıx əməkdaşlıq edir. OMODA və JAECOO markaları Land Rover-in, eyni zamanda Land Rover OMODA və JAECOO-nun texnologiyalarından istifadə edir”.
Əli Əhədov qeyd edib ki, son illər azərbaycanlı alıcılar daha çox SUV, universal avtomobillərə daha çox üstünlük verirlər: "OMODA və JAECOO brendləri də yalnız SUV-lər istehsal edirlər. Bu SUV-lər də Azərbaycandakı avtomobil alıcılarının zövqünə uyğundur".
Tədbirdə JAECOO J7PHEV, JAECOO J8 PHEV, OMODA C7 və OMODA C5 modelləri təqdim olunub.
“İMOTORS” şirkətinin Marketimq direktoru Əliheydər Cəfərov bildirib ki, OMODA və JAECOO modelləri 60-dan çox ölkədə rəsmi satışdadır. Bu markalar Avropa, Yaxın Şərq, Cənub-Şərqi Asiya, Cənubi Amerika regionlarında, xüsusilə Böyük Britaniya, Türkiyə və Rusiya bazarlarında böyük uğurlar qazanıb. OMODA və JAECOO markalı avtomobillər Avropada, bir çox region və ölkələrdə satış üzrə reytinqlərdə ilk yerləri tuturlar.
O, avtomobilin texniki gösyəriciləri barədə də məlumat verib: “J7 və j8 modelləri 1,5 litr turbo mühərrik ilə təchiz olunur. J7 modeli 18,3 KWh, J8 modeli isə 34,5 KWh batareyaya malikdir. 0-100 km/saat sürətlənmə müvafq olaraq 8,4 saniyə və 5,4 saniyə təşkil edir. Ötürücü J7 modelində ön, J8 modelində isə tamdır”.
Bildirilib ki, JAECOO J7 PHEV - şəhər və çətin yol şəraitinə uyğun dizayn olunmuş off-road üslublu plug-in hibrid SUV, JAECOO J8 PHEV - böyük ölçülü, daha premium səviyyəli SUV və OMODA C5: Texnologiya ilə zəngin, şəhər üslublu və smart kompakt krossoverdir.
OMODA & JAECOO-nun SHS texnologiyası ilə təchiz olunmuş modelləri, yüksək keçicilik qabiliyyəti və ağıllı idarəetmə sistemləri həm şəhər, həm də şəhər ətrafı yollarda rahat və təhlükəsiz sürüş təmin edir.
Xüsusilə JAECOO J7 və J8 modelləri “off-road” sinfinə aiddir — bu krossoverlər intellektual 4WD sistemi, 7 sürüş rejimi, çoxsəviyyəli yol tanıma və aktiv sürücü köməkçi sistemləri kimi imkanlarla təchiz olunub. Bu texnologiyalar çətin yol və hava şəraitində belə güvənli performansla yanaşı, yüksək komfort və şəhər sürüş dinamikasını da qoruyur.
540° panoramik kamera, Aktiv təhlükəsizlik sistemləri, CDC şassi texnologiyası və eksklüziv SHS (Super Hybrid System) kimi qabaqcıl xüsusiyyətlər bu brendi unikal edir.
SHS sistemi həm aşağı yanacaq sərfiyyatı, həm yüksək fırlanma anı, həm də müxtəlif yol şəraitində üstün idarəetmə imkanı təqdim edir.
QİYMƏTLƏR
JAECOO J7 modelinin qiyməti 48900 manatdır. JAECOO J8 modelinin qiyməti75000 manatdan, OMODA C7 modelinin qiyməti 45000 manatdan və OMODA C5 modelinin qiyməti isə 38000 manatdan başayır.
“İMOTORS” şirkətinin satış mərkəzi Bakıda, Babək pr. 38 A ünvanında yerləşir .Telefon: *8887
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 4 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib



















