ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
Əraqçi, “Körpüləri hədəf almaq iranlıları təslim olmağa məcbur etməz” deyib.İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ və İsrailin Kərəc şəhərində yerləşən B1 körpüsünə hücumuna sosial media hesabında etdiyi paylaşımda reaksiya göstərib.
Marja xəbər verir ki, ABŞ və İsrailin İrandakı mülki infrastruktura yönəlmiş hücumlarının “düşmənin məğlubiyyətinə və çöküşünə” işarə etdiyini bildirən Əraqçi, “Körpülər kimi mülki tikililərin hədəf alınması iranlıları təslim olmağa məcbur etməz” ifadəsini işlədib.
Əraqçi dağıdılan tikililərin daha güclü şəkildə yenidən inşa ediləcəyini vurğulayıb. ABŞ-ın zədələnmiş nüfuzunun isə bərpa olunmayacağını bildirib.
ABŞ cümə axşamı İranın mühüm körpülərindən birini hədəf almışdır.
Körpü siyahısı ilə cavab
İran mətbuatı hücumdan sonra region ölkələrində yerləşən mühüm körpülərin yer aldığı bir siyahı yayımlayaraq cavab zərbəsi ehtimalına işarə edib.
"Fars News Agency" paytaxt Tehran yaxınlığındakı Kərəc şəhərində yerləşən B1 körpüsünə qarşı ABŞ və İsrail hücumlarından sonra İranın hədəf ala biləcəyi ehtimal olunan regiondakı vacib körpüləri sadalayıb.
Siyahıda Şeyx Cabir Əl-Əhməd Əl-Sabah Dəniz Körpüsü (Küveyt), Kral Fəhd Körpüsü (Səudiyyə Ərəbistanı ilə Bəhreyni birləşdirir və Əl-Xubər şəhərində yerləşir), Şeyx Zayed Körpüsü və Şeyx Xəlifə Körpüsü (Birləşmiş Ərəb Əmirlikləri), həmçinin Kral Hüseyn Körpüsü və Abdun Körpüsü (İordaniya) yer alıb.
ABŞ və İsrail İranın Əlburz əyalətinə bağlı Kərəc şəhərində yerləşən və Tehran ilə Kərəci birləşdirən B1 körpüsünü iki ayrı hücumla hədəf almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























