Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
(®) Yasamal rayonu ərazisində yerləşən və uzun illər “Qanlı göl” kimi tanınan su hövzəsinin ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma işlərinin həyata keçirilməsi planlaşdırılır. Hazırlanan yeni layihəyə əsasən, gölün ətrafı müasir şəhər parkı konsepsiyası əsasında yenidən təşkil olunacaq.
Son illər görülən tədbirlər nəticəsində ərazidə geniş təmizləmə işləri aparılıb. Xüsusi texnikaların cəlb olunması ilə tullantılar ərazidən kənarlaşdırılıb, eyni zamanda suyun çirklənmə mənbələrinin qarşısı alınıb. Bu işlər nəticəsində gölün ekoloji vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Ətraf ərazilərdə yaşayış massivlərinin inkişafı ilə bu məkan urban mühitin vacib hissəsinə çevrilib və rekreasiya potensialının reallaşdırılması üçün əlverişli şərait yaranıb.

Yeni layihəyə əsasən, gölün perimetri boyunca fasiləsiz piyada və velosiped yolları salınacaq, müşahidə platformaları və sahilboyu istirahət zonaları yaradılacaq. Ərazidə geniş yaşıllaşdırma işləri aparılacaq, sahil xətti möhkəmləndiriləcək və müasir işıqlandırma sistemi qurulacaq.
Bununla yanaşı, layihə çərçivəsində açıq hava idman zonaları, mini futbol və tennis meydançaları, ailəvi istirahət məkanları təşkil olunacaq. Sahil boyunca pavilyon tipli iaşə və xidmət obyektlərinin yerləşdirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, abadlaşdırma layihəsinin icrası “Kristal” şirkətinə həvalə olunub. Layihənin əsas məqsədi göl ətrafını təhlükəsiz, əlçatan və ekoloji baxımdan dayanıqlı ictimai məkana çevirməkdir.

Planlaşdırılan işlərin tamamlanmasından sonra bu məkanın şəhər sakinləri üçün müasir və cəlbedici istirahət zonalarından birinə çevriləcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























