Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
Google süni intellektlə dəstəklənən, danışıq əsaslı axtarış funksiyası Search Live-ın süni intellekt rejiminin mövcud olduğu bütün dillər və regionlar üzrə qlobal şəkildə genişləndirildiyini açıqlayıb.
Google bu genişlənmə ilə funksiyanın 200-dən çox ölkə və regionda istifadəçilər üçün əlçatan olduğunu bildirib.
İlk dəfə 2025-ci ilin iyul ayında istifadəyə verilən Search Live, istifadəçilərə real vaxt rejimində kömək almaq üçün telefon kamerasını obyektlərə (əşyalara) yönəltməyə imkan yaradır. Bu xüsusiyyət kamera görüntüsündən əldə olunan vizual kontekstdən istifadə edərək interaktiv dialoq qurmağa şərait yaradır. Qlobal genişlənmədən əvvəl Search Live yalnız ABŞ və Hindistan bazarlarında mövcud idi.
Bu genişlənmə Gemini 3.1 Flash Live adlı yeni səs və danışıq modelinin tətbiqi sayəsində mümkün olub. Texnologiya nəhəngi bildirir ki, bu model daha təbii və intuitiv ünsiyyət imkanı yaradır.
Funksiyadan necə istifadə olunur?
•Android və ya iOS cihazında Google tətbiqini açın
•Axtarış sətrinin altındakı “Canlı” (Live) ikonuna toxunun
•Sualınızı səslə verin və cavabı səsli şəkildə alın
•Ardınca əlavə suallar verərək dialoqu davam etdirin
Funksiyanın üstünlükləri
Google-un paylaşdığı bloq yazısında qeyd olunur:
“Search Live real vaxtda köməyə ehtiyac duyduğunuz və sadəcə sorğu yazmağın kifayət etmədiyi hallar üçün nəzərdə tutulub. Qarşınızdakı bir obyekt haqqında, məsələn, yeni bir rəf qurğusunun necə yığılması barədə sual vermək istəyirsinizsə, kameranı aktivləşdirərək vizual kontekst əlavə edə bilərsiniz. Bu halda axtarış sistemi kameranın gördüyünü ‘görür’ və faydalı tövsiyələr təqdim edir, həmçinin internetdə əlavə məlumatlara keçidlər verir.”
Bundan əlavə, Google bildirir ki, istifadəçilər Google Lens vasitəsilə kameranı artıq yönləndirmiş olsalar belə, ekranın altındakı “Canlı” seçiminə toxunaraq Search Live funksiyasına keçid edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























