"ABŞ-ın “sürətli qələbə” və “rejim dəyişikliyi” kimi hədəfləri uğursuz olub"
İranın xarici işlər nazirindən qonşu ölkələrə çağırış: ABŞ-dan uzaq durunİranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la yaşanan gərginlik və regiondakı son vəziyyətlə bağlı açıqlamalar verərək, Vaşinqton administrasiyasının hərbi məqsədlərinə çata bilmədiyini bildirib.
Əraqçi qeyd edib ki, ABŞ-ın “sürətli qələbə” və “rejim dəyişikliyi” kimi hədəfləri uğursuz olub. Onun sözlərinə görə, bu məqsədlərin heç biri reallaşmayıb.
Nazir vurğulayıb ki, ABŞ ilə hər hansı rəsmi danışıqlar prosesi mövcud deyil. O bildirib ki, vasitəçilər üzərindən ötürülən mesajlar danışıqlar anlamına gəlmir:
“ABŞ müxtəlif kanallar vasitəsilə İrana mesajlar göndərir, lakin buna baxmayaraq, İranın ABŞ ilə birbaşa görüşmək niyyəti yoxdur.”
Əraqçi əlavə edib ki, təqdim olunan təkliflər İranın yüksək səviyyəli rəsmiləri tərəfindən qiymətləndirilir.
Müharibənin başa çatmasını istədiklərini bildirən nazir, eyni zamanda dəyən zərərin kompensasiya olunması tələbini bir daha gündəmə gətirib.
Region ölkələrinə müraciət edən Əraqçi belə deyib:
“Qonşu ölkələr ABŞ-dan uzaq durmalıdır.”
Nazir həmçinin bildirib ki, İran öz təhlükəsizliyinin təhdid edilə bilməyəcəyini dünyaya nümayiş etdirib. Onun sözlərinə görə, ABŞ regionda geniş hərbi mövcudluğuna baxmayaraq, müttəfiqlərini qorumaqda uğursuz olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























