Türkiyənin daha bir tanınmış restoranlar şəbəkəsinin Bakıda şöbəsi açılacaq
Tezliklə Türkiyənin "Kaşıbeyaz" restoranlar şəbəkəsinin Bakıda da şöbəsi açılacaq.
Marja.az xəbər verir ki, bunu "Kaşıbeyaz Lezzet Grubu"nun qurucusu və Baş direltoru Ahmet Kaşıbeyaz bildirib.
Kabab və paxlava deyildikdə ilk ağıla gələn, Türkiyə mətbəxinin ləzzətlərini bu günə qədər yaşadan "Kaşıbeyaz" brendinin restoranı "Dreamland" yaşayış və əyləncə mərkəzində fəaliyyətə başlayacaq.
Qeyd edək ki, "Kaşıbeyaz" brendinin hekayəsi Ahmet Kaşıbeyazın gördüyü bir yuxudan sonra qaşının ağarması ilə başlayır. Bu yuxunun həyatını dəyişdirdiyinə inanan Ahmet Kaşıbeyaz əvvəlki “Besim” soyadını da dəyişərək Kaşıbeyaz edir. Onun sözlərinə görə, yuxusunda girdiyi bir mağarada qızıl yığınları görür və bu qızılları əlindəki kürəklə qarışdırır. Səhər oyanıb məktəbə gedir və yuxusunu dostuna danışır. Növbəti gün isə bir qaşının ağardığını görür. Yuxunu yozanlar bunun çox uğurlu gələcəyə işarə etdiyini və Tanrının bunu bir nişanə kimi göndərdiyini bildirirlər. Bundan sonra açılan bütün obyektlər “Kaşıbeyaz” adlandırılır və ilk gündən etibarən bolluq və bərəkət içində minlərlə müştəriyə xidmət göstərir.
“Kaşıbeyaz”ın Türkiyə ilə bərabər Birləşmiş Ərəb Əmirlikləri (Dubay), Qətər (Doha) və İranda şöbələri fəaliyyət göstərir. Yaxın gələcəkdə şəbəkənin Düsseldorf (Almaniya), Qahirə (Misir), Sankt-Peterburq (Rusiya), Moskva (Rusiya), Bağdad (İraq), Özbəkistan (Daşkənt), və Azərbaycanda (Bakı) restoranlarının açılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























