“Baku Steel Company” istehsalı kredit ilə genişləndirmək niyyətindədir
Qara Dəniz Ticarət və İnkişaf Bankına gələcək investisiya planları barədə ətraflı məlumat verilib, layihələrinin maliyyələşdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.“Baku Steel Company” QSC-də (BSC) Qara Dəniz Ticarət və İnkişaf Bankının (Black Sea Trade and Development Bank - BSTDB) nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə BSC-nin Baş direktoru Kamal İbrahimov, Baş direktorunun müavini Sultan Əskərov, BSTDB-nin Ümumi sənaye üzrə Direktoru Orhan Aytemiz və Ümumi sənaye üzrə Baş bankiri Elif Tunalı Nikoğlu iştirak ediblər.
Görüş zamanı BSC-də həyata keçirilən mövcud modernizasiya və inkişaf layihələri, eləcə də gələcək investisiya planları barədə ətraflı məlumat verilib. Tərəflər sənaye layihələrinin maliyyələşdirilməsi imkanları, istehsalatın daha da genişləndirilməsi istiqamətində potensial əməkdaşlıq və perspektivli təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın sənaye müəssisələrinin dayanıqlı inkişafında mühüm rol oynadığı vurğulanıb. Həmçinin gələcəkdə qarşılıqlı maraq doğuran layihələr üzrə əməkdaşlıq imkanlarının araşdırılması və əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























