“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
McDonald’s Azərbaycan şirkəti Dövlət Sosial Müdafiə Fondu ilə birgə Novruz bayramı münasibətilə şəhid və veteran ailələrinin uşaqları üçün bayram tədbiri təşkil edib.
Tədbirdə Sumqayıt şəhərində yaşayan şəhid və qazi ailələrindən olan 50-dən çox uşaq iştirak edib.
Qonaqlar üçün bayram proqramı hazırlanıb. Uşaqlar restoranda nahar edib, daha sonra onlar üçün oyunlar və animatorların iştirakı ilə əyləncə proqramı təşkil olunub. Tədbirin sonunda iştirakçılara xüsusi hədiyyələr təqdim edilib.
Tədbir “McDonald’s Azərbaycan” ilə DSMF arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilib.
Bu əməkdaşlıq şəhid və qazi övladları üçün sosial və təhsil layihələrinin həyata keçirilməsinə yönəlib.
Son illər ərzində bu əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilib.
Belə ki, şəhid ailələrindən olan məktəblilərin dəstəklənməsi, onların məktəb ləvazimatları ilə təmin olunması, maarifləndirici görüşlərin təşkili, beynəlxalq olimpiadalarda fərqlənmiş şəhid və qazi övladları üçün yay düşərgələrinin keçirilməsi, eləcə də uşaqlar üçün teatr tamaşaları kimi mədəni təşəbbüslər yerinə yetirilib. Bu layihələr uşaqlar üçün inkişaf, təhsil və ictimai həyatda fəal iştirak imkanları yaradır.
Belə tədbirlərin cari ildə də davam etdirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























