İranın kəşfiyyat naziri də öldürüldü
İsrail Müdafiə Qüvvələri İranın kəşfiyyat nazirinin öldürüldüyünü rəsmən elan edibİsrail Müdafiə Qüvvələri (IDF) İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibi öldürüldüyünü rəsmən elan edib.
IDF-in açıqlamasında deyilir ki, gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatları əsasında Tehrana hədəflənmiş zərbə nəticəsində İranın kəşfiyyat nazirini məhv edib.
Açıqlamada xatırladılıb ki, Xətib 2021-ci ildə Əli Xamenei tərəfindən kəşfiyyat naziri təyin edilib, rejiminin repressiyalarını və terror fəaliyyətlərini dəstəkləməkdə əsas rol oynayan İran kəşfiyyat Nazirliyinə nəzarət edib.
XXX
İsrailin ötən gecə Tehrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində İranın kəşfiyyat naziri İsmayıl Xətib öldürülüb.
Xarici mətbuat xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katzın Ofisi məlumat yayıb.
“İrana endirilən zərbələrin intensivliyi artır. İranın kəşfiyyat naziri Xətib də gecə saatlarında məhv edilib”, - o deyib.
Nazir bu gün əhəmiyyətli sürprizlərin olacağını açıqlayıb: “Bu gün bütün cəbhələrdə əhəmiyyətli sürprizlər gözlənilir. Bu sürprizlər İrana və “Hizbullah”a qarşı apardığımız müharibəni daha da gücləndirəcək”.
Katz həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə birlikdə istənilən yüksəkvəzifəli İran rəsmisini zərərsizləşdirmək barədə əmr verdiklərini əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























