"Nort Vest Konstrakşn" şirkəti 407 milyon manat gəlirdən 35 milyon manat xalis qazanc əldə edib
“Nort Vest Konstrakşn” MMC 2024-cü ili 34 milyon 607 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 32 milyon 729 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Nort Vest Konstrakşn” şirkətinin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 1 milyon 878 min manat və ya 5,7% artıb.
Marja.az “Nort Vest Konstrakşn” MMC-nin 31 dekabr 2024-cü il üçün maliyyə vəziyyəti haqqında hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə şirkətin əsas əməliyyat gəlirləri 415 milyon 988 min manat ikən, 2024-cü ildə 406 milyon 597 min manata düşüb (9 milyon 391 min manat azalıb). Şirkətin müqavilə xərcləri və satışın maya dəyəri isə 15 milyon 540 min manat azalaraq 347 milyon 238 min manata geriləyib. Satışın maya dəyərində azalma məbləğinin əməliyyat gəlirlərindəki azalma məbləğindən daha çox olması xalis mənfəətin artmasına səbəb olub.
Qeyd edək ki, "Nort Vest Konstrakşn" (North West Costruction) şirkətinin fəaliyyəti sənaye obyektlərinin, çoxfunksiyalı bina və komplekslərin, yolların, körpülərin, tunellərin və digər nəqliyyat infrastruktur sistemlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, enerji layihələrinin tikintisi və layihələndirilməsini əhatə edir. "Nort Vest Konstrakşn" həmçinin layihənin idarə edilməsi xidmətlərini göstərir.
"Nort Vest Konstrakşn"şirkətinin portfelində yer alan görkəmli layihələrə misal olaraq: Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) dəhlizi 2 Qaraqalpaqstan yolu layihəsi (A380 Kunqraddan Daut-Ata bölməsinə - 240 km); Gədəbəy, Tərtər və Qazax şəhərlərində ÇSTQ-ın tikintisi; Tovuz yol inşaatı; Tovuz Suvarma və Su Paylama Sistemləri boru kəməri; “Gəncə Mall” ticarət mərkəzi; Bravo hipermarketlər və Bravo paylama anbarı; Sumqayıt Tütün Fabriki kimi layihələri göstərmək olar. NW həmçinin Port Baku Towers; Port Baku Residence; Bakı Ağ Şəhər – “Knights Bridge” yaşayış kompleksi; Ritz-Carlton Hotel; One & Only Resort Portonovi – Monteneqro; “Cənubi Əl Mutlala” mənzil layihəsi – Küveyt; Baku Boulevard Hotel; Baku Intourist Hotel; “Pik Palace Şahdağ Hotel” layihələrində iştirak etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















