“McDonald’s Azərbaycan” xidmət sahəsində məşğulluğun inkişafına töhfəyə görə mükafata layiq görülüb
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum keçirib.
Tədbir çərçivəsində ölkə iqtisadiyyatının inkişafına verdikləri töhfəyə görə ən iri vergiödəyiciləri qeyd olunublar.
2025-ci ilin nəticələrinə əsasən, ölkənin ən iri vergiödəyicilərindən biri olan “McDonald’s Azərbaycan” “Xidmət sahəsində məşğulluğun inkişafına töhfə” nominasiyası üzrə mükafata layiq görülüb.
Mükafat şirkətin xidmət sektorunda məşğulluğun genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və gənclər üçün ilk iş təcrübəsi imkanlarının formalaşdırılmasına verdiyi töhfəni əks etdirir.
Hazırda “McDonald’s Azərbaycan” ölkə üzrə 3000-dən çox vətəndaşı işlə təmin edir. Azərbaycana investisiya yatıran ilk qlobal brendlərdən biri olan “McDonald’s” artıq 26 ildən çoxdur ki, yerli istehsalın genişlənməsinə töhfə verməklə ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir.
“McDonald’s” Azərbaycan-ın iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100-dən çox yerli podratçı ilə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq təchizat və logistika, rekrutment, informasiya texnologiyaları və marketinq kimi sahələri əhatə edir və yerli biznesin inkişafına, həmçinin tərəfdaş şirkətlərdə əlavə iş yerlərinin yaradılmasına töhfə verir.
Məşğulluğun inkişafı, yerli tərəfdaşlarla əməkdaşlıq və restoran şəbəkəsinin genişlənməsi “McDonald’s Azərbaycan”-ın fəaliyyətinin mühüm istiqamətləri olaraq qalır və ölkədə əmək bazarının inkişafına, qeyri-neft sektorunun dayanıqlı artımına töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















