"Neft qiymətlərinin artmasından ABŞ çox pul qazanır. Lakin milli təhlükəsizlik maraqları iqtisadi maraqlardan daha üstündür"
O, İranı “şər imperiyası” adlandırıb: “Prezident olaraq mənim üçün daha böyük əhəmiyyət kəsb edən məsələ İran kimi bir şər imperiyasının nüvə silahına sahib olmasının, Yaxın Şərqi və hətta dünyanı məhv etməsinin qarşısını almaqdır. Buna heç vaxt icazə verməyəcəyəm!”ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ dünyanın ən böyük neft istehsalçısı olduğu üçün yüksələn qiymətlər ölkə üçün iqtisadi qazanc yaradır, lakin əsas prioritet İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır.
Marja xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda qlobal neft bazarındakı dəyişikliklərin ABŞ iqtisadiyyatına təsirini və regiondakı hərbi-strateji məqsədləri dəyərləndirib.
O qeyd edib ki, neft qiymətlərinin artması ABŞ üçün maliyyə baxımından qazanc yaradır, lakin milli təhlükəsizlik maraqları iqtisadi maraqlardan daha üstündür.
“Çox pul qazanırıq”
ABŞ-ın açıq fərqlə dünyanın ən böyük neft istehsalçısı olduğunu xatırladan Tramp bildirib ki, qiymətlər yüksəldikdə ölkə ciddi maliyyə gəliri əldə edir. Bu vəziyyət ABŞ-ın şist nefti və qazı istehsalındakı yüksək potensialının qlobal təchizat şokları fonunda ölkəni enerji supergücü və böyük ixracatçı mövqeyinə çıxardığını bir daha təsdiqləyir.
Bununla belə, Tramp iqtisadi qazancdan daha vacib hesab etdiyi məsələnin milli təhlükəsizlik olduğunu vurğulayıb. O, İranı “şər imperiyası” adlandıraraq belə deyib:
“Prezident olaraq mənim üçün daha böyük əhəmiyyət kəsb edən məsələ İran kimi bir şər imperiyasının nüvə silahına sahib olmasının, Yaxın Şərqi və hətta dünyanı məhv etməsinin qarşısını almaqdır. Buna heç vaxt icazə verməyəcəyəm!”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























