Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
Proqram 100 tələbə qızın sahibkarlıq və liderlik bacarıqlarının inkişafına töhfə verəcək(®) Azercell-in dəstəyi ilə həyata keçirilən “FutureFem 2.0 - Qadınların Sahibkarlıq və İnnovasiya Potensialının Gücləndirilməsi” layihəsinin açılış mərasimi keçirilib.
Layihə Azercell-in qadınların sosial və iqtisadi inkişafının dəstəklənməsinə yönəlmiş “Həyatı daha dolğun edirik:qadınlara dəstək proqramı” çərçivəsində qalib seçilən təşəbbüslərdən biridir və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən icra olunur. “FutureFem 2.0” layihəsi gənc qadınların sahibkarlıq, innovasiya və texnologiya sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir.
Qeyd edək ki, “FutureFem 2.0” layihəsi mart-may ayları ərzində həyata keçiriləcək üç aylıq inkişaf proqramıdır və 100 tələbə qızı əhatə edir. Layihə ümumilikdə 6 əsas mərhələdən və 8 təlim modulundan ibarətdir. Proqram çərçivəsində iştirakçılar sahibkarlığın əsasları, maliyyə savadlılığı, marketinq, innovativ düşüncə, rəqəmsal transformasiya, liderlik və effektiv kommunikasiya istiqamətlərində praktiki bilik və bacarıqlar əldə edəcəklər. Təlimlər müvafiq sahələr üzrə ekspertlərin iştirakı ilə keçiriləcək. İştirakçılar 33, 33 və 34 nəfərdən ibarət üç qrupa bölünərək rotasiya prinsipi əsasında hər mövzu üzrə iki həftəlik təlim modullarında iştirak edəcəklər.
Layihənin sonunda keçiriləcək “FutureFem Challenge” mərhələsində iştirakçılar innovasiya və sahibkarlıq yönümlü ideyalarını ekspertlər və münsiflər heyəti qarşısında təqdim edəcəklər. Müsabiqədə təqdim olunan ideyalar BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun qiymətləndiriləcək və ən uğurlu komandalar əlavə mentorluq və inkişaf imkanları qazanacaqlar.
Layihə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə reallaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























