Türkiyənin böyük "coworking" şəbəkəsi artıq Bakıda açıldı! - FOTOLAR
(®) Türkiyənin böyük "coworking" (kovorkinq - birgə iş yeri) şəbəkəsi və sərbəst iş sahələrinin lideri olan Kolektif House, fəaliyyətinin 10-cu ilində beynəlxalq bazara ilk addımını ataraq Bakıda, Azərbaycanın nüfuzlu şirkətlərindən olan "PMD Group" MMC ilə yerli tərəfdaşlıq çərçivəsində, yeni ofisini istifadəyə verdi.
Hazır ofis sektorunda Türkiyənin lider markası olan Kolektif House, bu gün 5.000-dən çox üzv şirkətə ev sahibliyi edən geniş və dinamik bir icmaya malikdir.
Yeni Bakı lokasiyası müasir dizayn yanaşmasını yerli elementlərlə birləşdirərək, Bakının tarixi ruhuna hörmət edən çağdaş bir iş mədəniyyəti formalaşdırır. Üzvlər burada təkcə işləmirlər, eyni zamanda ilham alır və güclü peşəkar əlaqələr qururlar.
Kolektif House abunəliyi yalnız Bakıda deyil, Türkiyədəki bütün lokasiyalarda da keçərlidir. Həmçinin, mobil tətbiq vasitəsilə istifadəçilər 10.000-dən artıq Kolektif House peşəkarlar icmasının bir hissəsi ola bilərlər. Beləliklə, brendin “Love, Create & Inspire” şüarı artıq iki ölkə arasında bölüşülən bir yaradıcılıq şəbəkəsinə çevrilir.
Prestijli iclas otaqları və mükəmməl xidmətləri ilə seçilən bu məkan şəhərin mərkəzi, Fəvvarələr Meydanında yerləşir.
Yeni ofisdə ortaq iş məkanları, 6-10 nəfərlik hazır ofislər və korporativ müştərilər üçün sahəsi 100 m²-dən başlayan xüsusi ofislər mövcuddur. Bu, həm effektiv iş mühiti axtaran şirkətlər, həm də networking və peşəkar əlaqələrini genişləndirmək istəyən fərdlər üçün əvəzsiz bir fürsət təqdim edir.
CEO – Ahmet Onur:
“10 il əvvəl başladığımız bu yolda, Türkiyədə sərbəst iş mədəniyyətini dəyişdirməyi hədəflədik. Bu gün gəldiyimiz nöqtədə, xəyalını qurduğumuz qlobal açılımın ilk addımını Bakıda atmanın həyəcanını yaşayırıq. Bakının tarixi bir binasında, müasir iş dünyasına yaradıcılıq qatacaq yeni bir Kolektif House təcrübəsi təqdim etməkdən məmnunuq. Türkiyə bazarında böyüməyə davam edərkən, strateji lokasiyalar vasitəsilə qlobal miqyasda da güclü bir oyunçu olmağı məqsəd qoyuruq.”
Kolektif House haqqında:
Həyatda həyəcanla yaradaraq yaşayan hər kəsin həm ruhunu, həm də işini dəstəkləmək məqsədi ilə yola çıxan Kolektif House, təbiiliyin gücünə və həssas olmağın dəyərinə inanaraq dizayn edilmiş, sosial, səmərəli və hər ehtiyaca uyğun yeni nəsil ofis həlləri təqdim edir. İş dünyasına yön verən həlləri ilə fərqlənən Kolektif House, yeni nəsil iş və yaradıcılıq məkanıdır. İdeal iş təcrübəsi üçün yüksək səviyyəli xidmətlə qarşılıqlı əlaqəni mərkəzə qoyan Kolektif House, startup ekosistemindən KOBİ-lərə, korporativ şirkətlərdən qlobal şirkətlərə qədər müxtəlif ölçü və sektordan markalarla sosial bir iş ekosistemi yaradır.
Əlavə məlumat üçün:
Kolektif House
Ünvan: AZ1005, Bakı şəhəri, Hacı Zeynalabdin Tağıyev küç. 18
Telefon: +994 10 236 26 75
Veb-sayt: https://kolektifhouse.co/
Instagram: https://www.instagram.com/kolektifhouse.az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























