"PAŞA Kapital", ölkənin özəl qurumları arasında ilk IPO çərçivəsində saziş imzalayıb
İnvestorlar "PAŞA Bank"ın səhmlərini rahat və tam onlayn şəkildə əldə edə biləcəklər.11 mart 2026-cı il tarixində "PAŞA Kapital İnvestisiya Şirkəti" ilə ölkənin aparıcı korporativ maliyyə institutlarından olan "PAŞA Bank", həmçinin "ABB Invest" və "Unicapital İnvestisiya Şirkəti" arasında qarşılıqlı tərəfdaşlığa dair əməkdaşlıq sazişlərinin imzalanma mərasimi keçirilib.
Qeyd edilən saziş, "PAŞA Bank" tərəfindən planlaşdırılan ölkənin ilk korporativ İlkin Kütləvi Təklif (IPO) layihəsi çərçivəsində səhmlərin yerləşdirilməsi prosesində investorların iştirak imkanlarının genişləndirilməsinə və kapital bazarlarına çıxışın daha da asanlaşdırılmasına xidmət edir.
Əməkdaşlıq çərçivəsində tərəflər IPO prosesinin daha geniş investor auditoriyasına çatdırılması, investorların məlumatlandırılması və səhmlərin yerləşdirilməsi mərhələsində operativ və səmərəli iştirak imkanlarının təmin olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Qarşılıqlı razılaşmaya əsasən, investorlar layihənin əsas anderrayteri qismində çıxış edən "PAŞA Kapital" və tərəfdaş investisiya şirkətlərinin platformaları vasitəsilə PAŞA Bank səhmlərini rahat və tam onlayn şəkildə əldə edə biləcəklər.
Xatırladaq ki, ölkəmizin kapital bazarında özəl şirkət və özəl bank tərəfindən ilk dəfə həyata keçiriləcək bu IPO prosesi çərçivəsində PAŞA Bank investorlara səhmlərinin 5%-ni təklif etməyi planlaşdırır.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya şirkətin https://www.pashacapital.az/ rəsmi internet səhifəsinə daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























