Pezeşkian müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ və İsraillə davam edən müharibənin sona çatması üçün İranın müəyyən şərtləri yerinə yetirilməlidir.
Marjanın məlumatına görə, İran Prezidenti qeyd edib ki, münaqişənin dayandırılması üçün İranın qanuni hüquqlarının tanınması, müharibə nəticəsində yaranmış zərərlərə görə təzminat ödənilməsi və ölkəyə qarşı yenidən hücum edilməyəcəyinə dair beynəlxalq zəmanət verilməsi vacibdir.
İranın irəli sürdüyü əsas şərtlər:
• İranın qanuni hüquqlarının beynəlxalq səviyyədə tanınması,
• Müharibə nəticəsində yaranmış zərərlərə görə təzminat ödənilməsi,
• İrana qarşı yenidən hücum edilməyəcəyinə dair beynəlxalq təminat
Pezeşkian vurğulayıb ki, bu şərtlər yerinə yetirilərsə, regionda gərginliyin azaldılması və münaqişənin diplomatik yolla həlli üçün imkan yarana bilər.
XXX
İranın Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ ilə davam edən müharibənin sona çatmasının yeganə yolu İranın qanuni hüquqlarının tanınması, təzminat ödənilməsi və yenidən hücum edilməyəcəyinə dair möhkəm beynəlxalq zəmanətin verilməsidir.
İranın Prezidenti Məsud Pezeşkian bu barədə sosial media hesabında paylaşım edərək Rusiya Prezidenti Vladimir Putin və Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışıqları apardığını açıqlayıb.
İran prezidenti bildirib ki, Putin və Şərif ilə apardığı müzakirələr zamanı İranın regionda sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu bir daha vurğulayıb. Onun sözlərinə görə, İran regional təhlükəsizliyin və sabitliyin qorunmasına böyük önəm verir.
İsrail və ABŞ tərəfindən İrana qarşı başladılan müharibənin dayandırılması məsələsinə toxunan Pezeşkiyan qeyd edib:
“Müharibənin sona çatmasının yeganə yolu İranın qanuni hüquqlarının tanınması, təzminat ödənilməsi və yenidən hücum edilməyəcəyinə dair möhkəm beynəlxalq zəmanətin verilməsidir.”
Pezeşkianın sözlərinə görə, bu şərtlər yerinə yetirilmədən regionda davamlı sülhün əldə olunması mümkün deyil.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























