Reytinq agentliyindən Azərbaycanın valyuta məzənnəsi rejimilə bağlı proqnoz
"Fitch Ratings" Azərbaycanın çevik valyuta məzənnəsinə keçəcəyini gözləmir"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan hökumətinin üzən valyuta məzənnəsi rejiminə keçməyə hazır olduğuna dair heç bir əlamət qeydə almır.
Bu barədə "Fitch Ratings" agentliyinin EMEA regionu üzrə suveren reytinqlər üzrə direktoru Arvind Ramakrişnan məlumat verib.
"Milli valyutanın ABŞ dollarına bağlılığının qorunub saxlanmasına dayanıqlı rəsmi sadiqlik müşahidə olunur və biz bu kursun dəyişməz qalacağını gözləyirik", - A.Ramakrişnan qeyd edib.
O dəqiqləşdirib ki, "Fitch" agentliyinin Azərbaycan üçün 2026-2027-ci illərdə real ÜDM-in artım proqnozunu 2,4 % səviyyəsində dəyişməz saxlayıb ki, bu da ölkənin ortamüddətli iqtisadi artım potensialına uyğundur.
"Fitch"in proqnozlarına görə, orta illik inflyasiya göstəricisi 2026-cı ildə 4,6 %-ə çatacaq, 2027-ci ildə isə 4 %-ə enəcək.
"Ehtimal edirik ki, 2026-2027-ci illərdə büdcə siyasəti mötədil stimullaşdırıcı xarakter daşıyacaq, bu da Azərbaycanın azad edilmiş ərazilərindəki xərclər və digər kapital qoyuluşları ilə bağlıdır. Bununla yanaşı, Ermənistanla münasibətlərin normallaşmasından irəli gələn "sülh dividendləri" sayəsində müdafiə büdcəsinin qismən tam istifadə olunmaması istisna edilmir. Planlaşdırılmış investisiyaların strukturunun daxili inflyasiya təzyiqinin əhəmiyyətli artımına səbəb olmayacağı ehtimal olunur", - EMEA regionu üzrə direktor əlavə edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























