İlk 2 ayda dövlət büdcəsində 1,7 milyard manata yaxın artıqlıq yaranıb
2026-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 6 milyard 311,5 milyon manat, xərcləri 4 milyard 643,1 milyon manat məbləğində icra edilib. 1 milyard 668,4 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.2026-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika davam edib.
Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 147 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Cari ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsinin gəlirləri 6 milyard 311,5 milyon manat təşkil edib ki, bu da proqnozu 58,3 milyon manat və ya 0.9 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 3 milyard 2 milyon manat təşkil edərək proqnozdan 79,5 milyon manat və ya 2.7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 983,1 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və ya 0.3 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 9,8 milyon manat təşkil edərək proqnozdan 0,9 milyon manat və ya 10.2 faiz, sair daxilolmalar 63,4 milyon manat təşkil edərək proqnozdan 15,7 milyon manat və ya 32.9 faiz çox, Dövlət Neft Fondundan transfert isə 2 milyard 140 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 113,2 milyon manat təşkil edərək proqnoza qarşı 73.5 faiz icra olunub.
Yanvar-fevral ayları ərzində dövlət büdcəsinin xərcləri 4 milyard 803,4 milyon manat proqnoza qarşı 4 milyard 643,1 milyon manat məbləğində icra edilib ki, bu da 96.7 faiz təşkil edir. Büdcənin icrasında 1 milyard 668,4 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.
2026-cı ilin yanvar-fevral ayları ərzində icmal büdcənin gəlirləri 7 milyard 558,3 milyon manat, xərcləri isə 5 milyard 338,4 milyon manat məbləğində icra edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək





















