“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Şirkətin illik gəlirləri 4 milyon 960 min manatdan 4 milyon 577 min manata, xalis mənfəəti isə 685 min manatdan 524 min manata düşüb.“Zirə Gülçülük” QSC 2024-cü ili 524 min 118 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 685 min 122 manat xalis mənfət ilə bağlamışdı. Beləliklə, “Zirə Gülçülük” şirkətinin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 161 min 5 manat və ya 23,5% azalıb.
Marja.az xəbər verir ki, “Zirə Gülçülük” şirkətinin əsas əməliyyat gəlirləri 2023-cü ildə 4 milyon 960 min 444 manat ikən, 2024-cü ildə 4 milyon 577 min 298 min manata düşüb (383 min 146 manat və ya 7,7% azalıb).
“Zirə Gülçülük” QSC 2022-ci ildə 3 milyon 446 min 873 min manat əsas əməliyyat gəlirləri, 426 min 344 manat xalis mənfəət əldə etmişdi.
2024-cü ildə “Zirə Gülçülük” şirkətinin xlis mənfəətinin azalması gəlirin düşməsindən və istifadə edilmiş materialların dəyərinin artmasından qaynaqlanıb.
31 dekabr 2024-cü il tarixində “Zirə Gülçülük” QSC 3 milyon 472 min manat cəi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 3 milyon 43 min manat cəmi aktivlərə malik idi.
“Zirə Gülçülük” QSC dekorativ bitkilərin yetişdirilməsi, satışı və onlara qulluq göstərilməsi fəaliyyətlərini göstərir.
“Zirə Gülçülük” Qapalı Səhmdar Cəmiyyətinin 31 dekabr 2024-cü il tarixə maliyyə vəziyyəti haqqında hesabat
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















