Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondu Qarabağ Universitetində “İnnovasiya və Süni İntellekt” təqaüd proqramına dair məlumatlandırma görüşü keçirib.

Görüşdə universitetin tələbələrinə proqramın məqsədi, seçim meyarları, təlim istiqamətləri və ümumi proses barədə ətraflı məlumat verilib, daha sonra isə onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, gənclərin proqram haqqında daha dolğun məlumat əldə etməsinə töhfə verən məlumatlandırma görüşləri növbəti günlərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.

Təqaüd proqramı çərçivəsində seçilmiş iştirakçılar süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn kimi gələcəyin peşələri üzrə praktiki təlimlərə cəlb olunacaqlar. Proqram müddətində ümumilikdə 150 gəncin bu imkanlardan yararlanması nəzərdə tutulur.

Bu təşəbbüs Bakcell və Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində gənclərin potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və regionda gənc mütəxəssislərin formalaşmasına töhfə verməyi hədəfləyir.

Təqaüd proqramına müraciət etmək istəyən 18–29 yaş aralığında və İT sahəsi üzrə baza biliklərinə malik gənclər link vasitəsilə 1 mart tarixinədək qeydiyyatdan keçə bilərlər. Proqrama indiyədək 1600-dən çox müraciət daxil olub.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Bakcell təqaüd proqramı İnnovasiya və Süni İntellekt təqaüd proqramı süni intellekt təlim proqramı Azərbaycan gənclər üçün İT təqaüd proqramı data analitikası təlimi proqramlaşdırma kursu Azərbaycan UI/UX dizayn təlimi Qarabağ Universiteti təqaüd proqramı Bakcell və Gənclər Fondu layihəsi 18-29 yaş gənclər proqramı innovasiya ekosistemi Azərbaycan texnologiya təhsili imkanları praktiki İT təlimlər gənclərin inkişaf proqramı süni intellekt karyera təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tədbir Azərbaycan-Fransız Universiteti görüş Azərbaycan Dövlət İqtisad Universiteti məlumatlandırma görüşü NEQSOL Holding texnologiya şirkətləri telekommunikasiya innovasiya layihəsi Azərbaycan gənclər üçün texnoloji bilik proqramı
23.02.2026 13:12

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18