Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
ABŞ Prezidenti Donald Tramp bütün ölkələrə 10 faizlik qlobal gömrük rüsumunun tətbiqinə dair qərarı imzaladığını açıqlayıb.
Marja xəbər verir ki, Tramp məsələ ilə bağlı "Truth Social" hesabında paylaşım edib.
Paylaşımında “Bütün ölkələrə qlobal 10 faizlik gömrük rüsumunu az öncə imzalamış olmaqdan böyük qürur duyuram” ifadəsini işlədən Tramp, bu tariflərin tezliklə qüvvəyə minəcəyini bildirib.
Bəzi məhsullar bu tarifdən azad olacaq
Ağ Evdən verilən açıqlamada da Trampın idxal vergisinin tətbiqinə dair qərarı imzaladığı bildirilib.
Trampın 1974-cü il Ticarət Qanununun 122-ci maddəsi üzrə səlahiyyətindən istifadə etdiyinə diqqət çəkilən açıqlamada, bu maddənin Prezidentə beynəlxalq ödəniş problemlərini əlavə rüsumlar və digər xüsusi idxal məhdudiyyətləri vasitəsilə həll etmək səlahiyyəti verdiyi vurğulanıb.
Açıqlamada, bu çərçivədə ABŞ-yə idxal edilən məhsullara 150 gün müddətinə 10 faiz həcmində idxal vergisinin tətbiq olunduğu, qərarın 24 fevral tarixindən etibarən qüvvəyə minəcəyi qeyd edilib.
Bəzi məhsulların müvəqqəti idxal vergisinə tabe olmayacağı bildirilib. Kritik minerallar, enerji məhsulları, bəzi kənd təsərrüfatı məhsulları, dərmanlar, müəyyən elektronika və avtomobil məhsulları, aviasiya məhsulları və informasiya materialları kimi bəzi kateqoriyaların vergidən azad edildiyi açıqlanıb.
Ali Məhkəmə qərarını vermişdi
ABŞ Ali Məhkəməsi bir gün öncə Tramp tərəfindən tətbiq olunan tariflərin əsaslandığı Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanununun (IEEPA) prezidentə tarif tətbiq etmək səlahiyyəti vermədiyinə hökm çıxarmışdı.
Tramp qərarla bağlı keçirdiyi mətbuat konfransında, “İllərdir bizi talayan xarici ölkələr çox xoşbəxtdir, küçələrdə rəqs edirlər. Amma uzun müddət rəqs edə bilməyəcəklərindən əmin ola bilərsiniz”, – demişdi.
Prezident kimi istifadə edə biləcəyi IEEPA tariflərindən də daha güclü üsulların olduğunu bildirən Tramp, 1974-cü il Ticarət Qanununun 122-ci bölməsi çərçivəsində hazırda tətbiq edilən tariflərə əlavə olaraq 10 faizlik qlobal tarif tətbiqinə dair qərar imzalayacağını açıqlamışdı.
Tramp ABŞ-ni digər ölkələrin və şirkətlərin ədalətsiz ticarət hərəkətlərindən qorumaq üçün 301-ci bölmə və digər maddələr çərçivəsində də müxtəlif araşdırmalar başladacaqlarını bildirib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 2 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib























