Azərbaycanın neft və qazdan gəlirləri kəskin azalıb - İXRACDA BÖYÜK GERİLƏMƏ
Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracı 2026-cı ilin Yanvar ayında 2025-ci ilin Yanvar ayı ilə müqayisədə dəyər ifadəsilə 825 milyon 222 min dollar və ya 29,5% azalaraq 1 milyard 967 milyon 456 min dollara düşüb.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
O cümlədən, xam neft ixracı dəyər ifadəsilə 664 milyon 953 min dollar və ya 35% azalaraq 1 milyard 238 milyon 82 min dollara, təbii qaz ixracı isə 182 milyon 576 min dollar və ya 21% azalaraq 687 milyon 506 min dollara geriləyib.
2026-cı ilin Yanvar ayında Azərbaycanın neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracının dəyəri 268 milyon 389 min dollar təşkil edib. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 22 milyon 613 və ya 9,3% çoxdur.
2026-cı ilin Yanvar ayında Azərbaycanın cəmi ixracının dəyəri 2 milyard 235 milyon 845 min dollar təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 802 milyon 609 min dollar və ya 26,4% azdır.
2026-cı ilin Yanvar ayında Azərbaycanın ixracının dəyərinin 88%-i neft-qaz sektoruna daxil olan mallar, 12%-i neft-qaz sektoruna daxil olmayan mallar üzrə formalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























