Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
Fevralın 14-də müqəddəs Məkkə şəhərində İslam dünyasının ən nüfuzlu ticarət platformalarından biri olan beynəlxalq 3-cü “Məkkə Halal Forum-Sərgisi” öz işinə başlayıb. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə ölkəmiz sərgidə xüsusi “Azərbaycan pavilyonu” ilə təmsil olunur.
14-16 fevral tarixlərini əhatə edəcək bu qlobal tədbirdə Azərbaycan pavilyonu 114 kvadratmetr sahəni əhatə edir. Pavilyonda ölkəmizin kənd təsərrüfatı, sənaye məhsulları və innovativ rəqəmsal layihələri üzrə ixtisaslaşmış 17 aparıcı şirkəti öz məhsullarını nümayiş etdirir. Ümumilikdə isə ölkəmiz bu mötəbər sərgidə 80 nəfərlik geniş nümayəndə heyəti ilə iştirak edir. Sərginin açılış günündən etibarən Azərbaycan məhsulları ziyarətçilər və xarici investorlar tərəfindən yüksək maraq və rəğbətlə qarşılanıb.
Sərgi çərçivəsində “Azərbaycan pavilyonu”nun yüksək səviyyəli rəsmi qonaqlar tərəfindən ziyarət edilməsi gözlənilir. Ziyarətçilər arasında Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Mütəllim Mirzəyev, İslam Ticarət və İnkişaf Palatasının (ICCD) prezidenti Abdullah Saleh Kamel və Palatanın Direktorlar Şurasının üzvləri yer alacaq.
Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyası 57 ölkənin təmsil olunduğu İslam Ticarət və İnkişaf Palatasının (ICCD) Direktorlar Şurasının üzvü kimi ölkəmizi bu mötəbər platformada fəal şəkildə təmsil edir.
3-cü Məkkə Halal Forumu çərçivəsində isə Azərbaycan Sahibkarlar Konfederasiyasının əsas tərəfdaşları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)-dır.
Forumun proqramına uyğun olaraq, tədbir çərçivəsində, həmçinin İslam Ticarət və İnkişaf Palatasının İcra Komitəsinin iclası və 41-ci Baş Assambleyası keçiriləcək. Bu toplantılar halal sənaye, ticarət və investisiya sahəsində qlobal əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Forum günlərində Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, eləcə də Azərbaycan pavilyonunda təmsil olunan şirkətlərin nümayəndələri müxtəlif ölkələrin iş adamları ilə təkbətək görüşlər keçirəcək, yeni tərəfdaşlıq və ixrac imkanlarının müzakirəsi aparılacaq.
Azərbaycanın Məkkə Halal Forumunda iştirakı ölkəmizin halal istehsal və ixrac potensialının, eləcə də beynəlxalq iqtisadi əməkdaşlıqda artan rolunun bariz göstəricisidir və “Made in Azerbaijan” brendinin qlobal bazarlarda mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















