Startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb
Bu gün Azərbaycanda startapların maliyyələşməsini təmin edən maliyyə mexanizmləri yoxdur.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilmiş "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.
"Bu, istər vençur olsun, kradfandinq olsun və sair. Bununla bağlı artıq qanun layihəsi var və fəaliyyət planında da nəzərdə tutulur ki, bu qanun layihəsi yaxın bir neçə ay ərzində qəbul edilsin. Qəbul edilərsə, faktiki olaraq bu günləri bizim bazarın potensialını əks etdirməyən cəmi 12 milyon manatlıq üç fond var. Yəni 12 milyon manat sərmayə yatıran mələk investorlardır. 12 milyon digər müxtəlif səviyyədə olan startaplara da yatırılacaq investisiyalardır ki, bu, bazarın inkişafı üçün yetərli deyil. Əgər belə bir mexanizm olarsa, mən əminəm ki, həm yerli investorlar və eyni zamanda, xaricdən fondları cəlb etməklə biz bazarın inkişafına kifayət qədər təkan vermiş olarıq", - deyə o qeyd edib.
Nazir insan kapitalı məsələsinə də toxunub: "Həm səyyahlarla, həm də "freelancer"lərlə bağlı burada kifayət qədər yumşalmaya və dünya praktikasında mövcud olan alətlərin tətbiqinə ehtiyac vardı. Əminəm ki, bunu da həmkarlarla müzakirə edib Sizə məruzə etdikdən sonra irəliyə doğru kifayət qədər addım atıla bilər. Burada startapların ilkin gəlirləri çox önəmlidir. Burada vacib məsələ startapın yaratdığı məhsulun bu və ya digər dövlətin özü tərəfindən nə qədər alınıb-alınmamasıdır. Burada da bəlli bir mexanizmlər var ki, tədbirlər planında öz əksini tapıb".
"Möhtərəm cənab Prezident, kibertəhlükəsizliyin vacibliyi ilə bağlı artıq Siz bildirdiniz. Son illər tərəfinizdən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Strategiyası qəbul edilmişdir və bizim bütün işlər bu strategiyaya uyğun həyata keçirilməkdədir. Ötən illəri İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının işi yenidən təşkil edilib və mən Sizi əmin etmək istəyirəm ki, bu Komissiya çərçivəsində kibertəhlükəsizliklə bağlı ölkəmizin qarşısında duran bütün çağırışlar yaxın vaxtlarda çoxplanlı şəkildə həyata keçiriləcək. Burada iki məqamı diqqətinizə məruzə etmək istərdim ki, sahəvi SOC-ların, - buna Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi deyirlər, - yaradılması çox vacibdir. Biz bunun qanunvericilik bazasını yaratmalıyıq və eyni zamanda, CERT-lərin (red. - Elektron Təhlükəsizlik Xidməti) yaradılması vacibdir. Onların da yaradılması ilə bağlı tədbirlər planında bəlli müddəalar var", - deyə R.Nəbiyev fikrini tamamlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























