“Azərbaycan üçün İnkişafın Növbəti Mərhələsi: Yaşıl və Davamlı Artım Üçün Kapital Bazarları” adlı forum keçirilib
10 fevral tarixində Asiya İnkişaf Bankı (AİB), “Unicapital İnvestisiya Şirkəti” ASC (Unikapital) və ABB-Invest İnvestisiya Şirkəti QSC (ABB Invest) Azərbaycanda kapital bazarlarının inkişafı ilə bağlı beynəlxalq forum təşkil edib.
Bu barədə Asiya İnkişaf Bankı, Unicapital və ABB Investin adından birgə press-relizdə bildirilir.
Qeyd edilib ki, AİB-in ölkə üzrə direktoru Sünniyə Durrani-Camal, Unicapital-ın baş direktoru Vüqar Namazov və ABB Invest-in baş direktoru Nadir Babazadə “Azərbaycan üçün İnkişafın Növbəti Mərhələsi: Yaşıl və Davamlı Artım Üçün Kapital Bazarları” forumunda açılış nitqi ilə çıxış edib.
Tədbirin məqsədi kapital bazarının inkişafı üçün imkanlar yaratmaq, eləcə də qlobal və regional səviyyədə tendensiyalara və Azərbaycanda kapital bazarı formalaşdıran tənzimlənmə mexanizmlərinin inkişafına dair fikir mübadiləsinə təkan verməkdir. Tədbirdə səmərəli və dayanıqlı kapital bazarlarına dəstək olmaq üçün güclü maliyyə infrastrukturuna, rəqəmsal transformasiyaya və risklərin idarə edilməsi alətlərinə olan ehtiyac vurğulanıb. AİB digər inkişaf etməkdə olan üzv ölkələrdə əldə etdiyi uğurları və praktiki nümunələri təqdim edib. Bank, həmçinin ənənəvi və ƏSİ (ESG) maliyyələşməsinə dair imkanlar da daxil olmaqla, mövcud və potensial emitentlər üçün bilik mübadiləsi təşkil edib. Beynəlxalq korporasiyalar, inkişaf tərəfdaşları, beynəlxalq maliyyə qurumları, dövlət müəssisələri, habelə özəl və maliyyə sektorundan 60-dan çox iştirakçı tədbirdə iştirak edib.
“Unicapital İnvestisiya Şirkəti” ASC müştərilərinə kapital bazarlarında müasir, təhlükəsiz və rahat həllər təqdim edən Azərbaycanın aparıcı investisiya şirkətlərindən biridir. Şirkət 2007-ci ildən qiymətli kağızlar bazarında peşəkar iştirakçıdır, eyni zamanda Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür. Hazırda şirkətin müştərilərinin sayı 1.000.000-u keçib.
Unicapital kapital bazarları vasitəsilə kapital cəlb etməkdə fəal iştirak edir və Azərbaycanda beynəlxalq yaşıl maliyyə standartlarına uyğun ilk istiqrazların anderrayteri kimi çıxış edib.
Unicapital-ın nizamnamə kapitalı tamamilə “Unibank KB” ASC-yə məxsusdur.
Cəmi dövriyyəsinə görə bazarda lider mövqedə olan ABB Invest investorlara vahid elektron platforma vasitəsilə həm yerli, həm də beynəlxalq bazarlarda, o cümlədən ABŞ hökuməti və korporativ istiqrazları da daxil olmaqla, səhmlərə və istiqrazlara maneəsiz çıxış imkanı təqdim edir. Hesablar birbaşa müştərinin adına rəsmiləşdirilir və SIPC sığortası ilə təmin edilir, bu da aktivlərin tam qorunmasını və etibarlılığını təmin edir.
ABB Invest bir sıra yerli və xarici emitentlərin istiqrazlarını Azərbaycanda kapital bazarında bir ilk olaraq geniş investor kütləsinin elektron platforma vasitəsilə əldə etməsinə imkan yaratmış və yerləşdirmə prosesini uğurla həyata keçirmişdir.
AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 10 d. əvvəl
- 17 d. əvvəl
-
38 d. əvvəl
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
-
48 d. əvvəl
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalar) ləğv edilməlidirlər"
-
55 d. əvvəl
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
-
1 saat əvvəl
BP "Şəfəq" günəş enerjisi layihəsində 10 % iştirak payını satıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda illik inflyasiya sürətlənib
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
“Zira Olives” Sumqayıtda mağaza açır
Ən çox oxunanlar
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb
Əmanətçilər üçün xüsusi təklif
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
























