Nazirlər Kabinetində islahatları başa çatıb, şöbə müdirlərinin TAM SİYAHISI
Nazirlər Kabinetində struktur islahatları yekunlaşıb. İndiyədək mövcud olmuş və islahatlar çərçivəsində yeni yaradılan şöbələrə təyin edilən müdirlərin adı məlum olub.
Hüquq şöbəsinin müdiri Günəş Vəliyeva, İqtisadiyyat şöbəsi əsasında yaradılmış Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri Şahin Sadıxov, Xarici iqtisadi əlaqələr şöbəsi əsasında yaradılmış Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ağadayı Ağayev, Neft və kimya şöbəsi əsasında yaradılmış Neft və kimya məsələləri şöbəsinin müdiri Əsgər Aslanov, Aqrar-sənaye şöbəsi əsasında yaradılmış Kənd təsərrüfatı məsələləri şöbəsinin müdiri Əli Məmmədov, Regionların inkişafı şöbəsi əsasında yaradılmış Regionların inkişafı məsələləri şöbəsinin müdiri Nizami Mustafayev, Qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbənin əsasında yaradılmış Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsinin müdiri Qurban Sadıxov, Mətbuat xidmətinin müdiri Akif Əli dəyişməyib.
Ümumi şöbənin əsasında yaradılmış Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə Vəfa Əliyeva müdir təyin edilib. Struktur islahatlarına qədər mövcud olmuş Ümumi şöbənin müdiri Ziyafəddin Qasımov olub.
Humanitar məsələlər və Sosial məsələlər üzrə şöbələrin əsasında yaradılmış Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov təyin edilib. M. Ələkbərov bundan öncə Sosial məsələlər üzrə şöbənin müdiri olub.
Sənaye və energetika məsələləri şöbəsinin müdiri təyin edilmiş Elşən Hacızadə struktur islahatlarına qədər Nəqliyyat və rabitə şöbəsinin müdiri işləyib.
Nəqliyyat və rabitə şöbəsi struktur islahatları nəticəsində Tikinti və kommunal təsərrüfatı şöbəsinə birləşdirilərək Kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi yaradılıb. Kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsinin müdiri Şahin Salahov təyin edilib. Ekologiya şöbəsinin əsasında yaradılmış Ekologiya məsələləri şöbəsinin müdiri təyin edilmiş Zemfira Sairbəyzadə bundan öncə Ekologiya şöbəsində müdir müavini olub.
Struktur islahatlarına qədər mövcud olmuş Ekologiya şöbəsinin müdiri İlyas Əlizadə pensiyaya göndərilib. Beynəlxalq kredit və yardımlar və MDB ölkələri ilə iqtisadi əlaqələr şöbələrinin əsasında yaradılmış Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsinin müdiri Nail Fətəliyev təyin olunub. N. Fətəliyev struktur islahatlarına qədər mövcud olmuş Beynəlxalq kredit və yardımlar şöbəsinin müdiri postunu tutub.
Müdafiə sənayesi və hərbi və inzibati orqanlar şöbələrinin əsasında yaradılmış Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri Qulu İmanquliyev təyin olunub.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
1 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
2 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)



