İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib
“İcbari Sığorta Bürosu” (İSB) Hüquqi Şəxslərin İttifaqı vətəndaşlara və sığorta bazarının iştirakçılarına göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni layihələrin icrasını davam etdirir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq 4 yeni elektron xidmət istifadəyə verilib:
1. “Bonus-malus əmsalı ilə bağlı onlayn müraciət”,
2. “Radar cəriməsi üzrə onlayn müraciət”,
3. “Şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması üzrə onlayn müraciət”,
4. “Sığorta hadisəsi üzrə müstəqil ekspert təyini üzrə onlayn müraciət”.
Yeni elektron xidmətlərdən istifadə imkanının yaradılması məqsədilə İSB-nin yenilənmiş internet saytında “Elektron xidmətlər” bölməsi yaradılıb. Xidmətlərdən yararlanmaq üçün istifadəçilər İSB-nin informasiya sistemindəki şəxsi kabinetə gücləndirilmiş elektron imza vasitələri- myGov ID, SİMA İmza, Asan İmza və ya Elektron imza (e-imza) ilə daxil olmalıdırlar.
“Bonus-Malus əmsalı üzrə onlayn müraciət” sığorta müqaviləsinin yaradılması zamanı sığorta haqqının hesablanması ilə əlaqədar yaranan məsələlərin araşdırılması məqsədilə təqdim edilir. Müraciət əsasında sığortalının əvvəlki sığorta tarixçəsi, qəzasız sürücülük göstəriciləri, həmçinin tətbiq edilmiş endirim və ya əlavələr üzrə məlumatların yoxlanılması təmin olunur.
“Radar cəriməsi üzrə onlayn müraciət” radar vasitəsilə qeydə alınmış inzibati xətalar üzrə vətəndaş müraciətlərinin qəbulu və araşdırılması məqsədilə təqdim edilir. Müraciətlər İcbari Sığorta Bürosu tərəfindən təhlil edilir və cərimənin əsassız və ya yanlış tətbiq edildiyi hallar aşkar olunduqda, cərimənin ləğvi ilə bağlı müvafiq qurumlara Büro adından rəsmi müraciət ünvanlanır..
“Şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması üzrə onlayn müraciət” İSB-nin iştirakçısı olan sığorta şirkətlərinə könüllü və ya icbari sığorta müqaviləsi bağlamaq istəyən şəxsin yazılı razılığı əsasında onun səbəb olduğu sığorta hadisəsi barədə məlumatları elektron qaydada əldə etməyə imkan yaradır. Bu müraciət vasitəsilə sığorta tarixçəsinə dair məlumatların operativ və təhlükəsiz şəkildə təqdim edilməsi təmin olunur.
“Sığorta hadisəsi üzrə müstəqil ekspert təyini üzrə onlayn müraciət” elektron xidməti isə sığorta hadisəsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş 7 iş günü ərzində qiymətləndirmə aparılmadıqda və ya təqdim edilən qiymətləndirmənin nəticəsi vətəndaşı qane etmədikdə zərərçəkmiş və ya faydalanan şəxslərə müstəqil ekspert seçimini tam rəqəmsal şəkildə həyata keçirməyə imkan verir.
Müraciətlərin elektron formada təqdim edilməsi vətəndaşların Büroya və sığorta şirkətlərinə fiziki müraciət etməsinə və poçt xidmətlərindən istifadəsinə ehtiyacı aradan qaldırmaqla yanaşı, xidmətlərin daha səmərəli və operativ şəkildə göstərilməsini təmin edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 5 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib




















