Azərbaycanda lizinq haqqında yeni qanun qəbul olunacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lizinq bazarının inkişafı üçün yeni qanun layihəsi hazırlayıb.
Bu barədə qurumdan bildirib.
Məlumata görə, Azərbaycanda lizinq bazarının inkişafı və maliyyələşmə imkanlarının artırılması istiqamətində institusional tədbirlər görülür. AMB-nin İdarə Heyətinin təsdiq etdiyi "2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində bank sektorunda əlverişli və məsuliyyətli maliyyə xidmətlərinin genişləndirilməsi yolu ilə dayanıqlı inkişafın təmin edilməsi əsas hədəf kimi müəyyən edilib.
Bu istiqamətdə bank sektorunun bazar imkanlarının artırılması, bank olmayan kredit təşkilatlarının inkişaf etdirilməsi və onların iqtisadiyyatın maliyyələşdirilməsində rolunun yüksəldilməsi planlaşdırılır. Eyni zamanda, maliyyə sektorunda nəzarət və tənzimləmə mexanizmlərinin müasirləşdirilməsi nəzərdə tutulur.
AMB qeyd edib ki, bazarın genişləndirilməsi üzrə strateji təşəbbüslər sırasında lizinq (maliyyə icarəsi) əməliyyatları üçün maliyyələşdirmə imkanlarının artırılması xüsusi yer tutur. Bu məqsədlə lizinq fəaliyyətinin hüquqi və tənzimləyici çərçivəsinin formalaşdırılması üçün "Lizinq (maliyyə icarəsi) haqqında" qanun layihəsi hazırlanıb və sənəd hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.
Lizinq məhsulları kredit aləti kimi Mülki Məcəllənin və AMB-nin normativ aktlarında müəyyən edilmiş tələblərə cavab verməlidir. Həyata keçiriləcək islahatlar və yeni hüquqi baza lizinq bazarının canlanmasına, maliyyə əlçatanlığının genişlənməsinə və real sektorun investisiya imkanlarının artmasına şərait yaradacaq.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək





















