Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AccessBank rəhbərliyi Gənclər Gününü Bakı Ali Neft Məktəbinin tələbələri ilə birlikdə qeyd etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank rəhbərliyi Gənclər Gününü Bakı Ali Neft Məktəbinin tələbələri ilə birlikdə qeyd etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bu gün münasibətilə AccessBank Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün interaktiv formatda master-klas təşkil edib.

Tədbirin əsas məqsədi gənclərin maliyyə savadlılığının artırılması, analitik və strateji düşüncə bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda onları real biznes mühiti və peşəkar bankçılıq təcrübəsi ilə yaxından tanış etmək olub. AccessBank üçün gənclərin potensialının üzə çıxarılması, onların gələcəyin liderləri kimi formalaşmasına töhfə vermək bankın əsas dəyərlərindən biridir.

Master-klasdan öncə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov AccessBank rəhbərliyi ilə görüşüb. Görüş zamanı  BANM və AccessBank arasında əməkdaşlığın genişləndirilməsi, gələcək dövrdə tələbələrin təcrübə proqramlarında iştirakı məsələləri müzakirə edilib.

Master-klas zamanı AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bankçılıq və investisiya sahəsində praktiki yanaşmalar, qərarvermə mexanizmləri və müasir maliyyə bazarlarında uğurun əsas amilləri barədə fikirlərini bölüşüb. O, gənclərin daim öyrənməyə açıq olmasının, dəyişən dünyaya çevik uyğunlaşmasının və uzunmüddətli düşüncə tərzinin vacibliyini xüsusi vurğulayıb.

Bankın Baş Biznes İnzibatçısı Renat Hümbətov AccessBank-ın biznes modeli, müştəriyönümlü yanaşması və şəxsi karyera yolu əsasında tələbələrə peşəkar inkişaf, liderlik bacarıqları və məqsədyönlü karyera planlaması ilə bağlı tövsiyələr verib. O, uğurlu karyeranın arxasında dayanan əsas amillərdən birinin dəyərlərə sadiqlik və davamlı özünüinkişaf olduğunu qeyd edib.

AccessBank-ın İnsan Resursları departamentinin şöbə rəhbəri İlhamə Rüstəmli isə bankda mövcud olan işə qəbul mərhələləri, gənclər üçün nəzərdə tutulmuş inkişaf və təlim proqramları, eləcə də daxili karyera imkanları haqqında ətraflı məlumat verib. O, AccessBank-ın gənc mütəxəssislərin formalaşmasına xüsusi önəm verdiyini və onların potensialını uzunmüddətli əməkdaşlıq çərçivəsində inkişaf etdirdiyini bildirib.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.

accessbank gənclərgünü fevral2 bakıali­neftməktəbi banm masterklas interaktiv tələbələr finanssavadı maliyyəsavadlılığı analitikdüşüncə stratejidüşüncə biznesmühit bankçılıqtəcrübəsi gənclərpotensialı gələcəkliderlər rektorelmarqasımov əməkdaşlıq təcrübəproqramları idarəheyəti davittsiklauri investisiya praktikayaşama maliyyəbazarı renathümbətov biznesmodel müştəriyönümlü karyeraplanlama şəxsiinkişaf ilhamərüstəmli insanresursları işəqəbul təlimproqramları karyeraimkanları mikromaliyyələşdirmə kiçikvəzəribiznes mərkəzibank asiyainkişafbankı avropainvestisiyabankı beynəlxalqmaliyəkorporasiyası filiallar azərbaycan
03.02.2026 12:43

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18