Azərbaycanın mebel şirkətinin satışı kəskin artıb, 102 milyon manatdan çox gəlir əldə edib
1996-cı ildə əsası qoyulmuş və mebellərin istehsalı ilə məşğul olan "Embawood" şirkəti 2024-cü ili 2 milyon 281 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2023-cü ili 434 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Embawood" şirkətinin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 1 milyon 847 min manat və ya 5,2 dəfə artıb.
Marja.az xəbər verir ki, "Embawood" şirkətinin satışdan gəlirləri 2023-cü ildə 59 milyon 726 min manat ikən, 2024-cü ildə 102 milyon 430 min manata yüksəlib (42 milyon 704 min manat və ya 71,5% artıb).
2024-cü ildə "Embawood" şirkətinin cəmi əməliyyat gəlirləri 102 milyon 436 min manat cəmi əməliyyat xərcləri 99 milyon 585 min manat, əməliyyat mənəəti 2 milyon 851 min manat təşkil edib. Şirkət 2024-cü ildə 570 min manat mənfəət vergisi ödəyib.
31 dekabr 2024-cü il tarixində "Embawood" şirkəti 83 milyon 41 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 85 milyon 102 min manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 2 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib





















