Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
Bank sektorunda tənzimləmə və nəzarətin davamlı şəkildə təkmilləşdirilməsi Azərbaycanın bank sisteminin dayanıqlığının möhkəmlənməsinə töhfə verir.
Beynəlxalq reytinq agentliyi Moody’s-in yaydığı məlumata görə, bu, aktivlərin sabit keyfiyyətində, kifayət qədər ehtiyatların formalaşdırılmasında və bankların möhkəm kapital mövqelərində özünü göstərir.
Agentlik qeyd edir ki, Azərbaycanın bank sektorunun risk qiymətləndirilməsinin “baa” səviyyəsində olması bank sisteminin nisbətən kiçik miqyasını əks etdirir və bu da əhəmiyyətli şərti öhdəliklərin yaranması risklərini məhdudlaşdırır.
Moody’s hesabatında bildirilir ki, bank sektorunda islahatların davam etdirilməsi, o cümlədən likvidliyin və risklərin idarə olunması sahəsində Bazel III tələblərinin tətbiqi bank sisteminin sabitliyinə bundan sonra da müsbət təsir göstərəcək.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin ötən ilin 16 dekabr tarixli qərarı ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edilib. Nəticədə bank kapitalının strukturu, kapitalın adekvatlıq əmsalları, kapital buferləri və bir sıra digər prudensial tələblər Bazel III standartlarına uyğunlaşdırılıb.
Banklara yeni kapital strukturuna uyğunlaşmaq, daxili qayda və prosedurlarını yenilənmiş normativ tələblərə uyğunlaşdırmaq, habelə işçi heyətinin təlimi və yeni yanaşmaların prudensial hesabatlığa inteqrasiyası üçün bir illik keçid dövrü təqdim olunub.
1 yanvar 2027-ci ildən etibarən banklar yeni tələblərə tam şəkildə riayət etməyə borclu olacaqlar.
XXX
Moody`s": Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 5 %-ni təşkil edəcək
"Moody`s" beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 2026–2027-ci illərdə orta hesabla ÜDM-in 5,1 %-ni təşkil edəcək.
"Moody`s"in gözləntilərinə əsasən, 2025-ci ilin yekunlarına görə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 7 %-ni, 2026-cı ildə 5 %-ni, 2027-ci ildə isə ÜDM-in 5,2 %-ni təşkil edəcək.
Qeyd edək ki, 2024-cü ildə bu göstərici 4,7 milyard ABŞ dolları və ya ÜDM-in 6,3 %-ni təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 3,02 milyard ABŞ dolları və ya ÜDM-in 5,4 %-ni təşkil edib. 2025-ci ilin yekunlarına görə, orta neft qiyməti bir barel üçün təxminən 70 ABŞ dolları olmaqla, bu göstəricinin 3,7 milyard dollar səviyyəsində olması gözlənilir.
XXX
Moody`s" Azərbaycanda inflyasiyanın 2026-2027-ci illərdə yavaşlayacağını proqnozlaşdırır
"Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiyanın 2028-ci ilədək 4 %-ə enəcəyini proqnozlaşdırır.
"Moody`s"in qiymətləndirmələrinə görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-ə qarşı 5,2 % təşkil edib.
Agentliyin gözləntilərinə əsasən, 2026-cı ildə Azərbaycanda orta illik inflyasiya 4,8 %-ə, 2027-ci ildə isə 4 %-ə qədər yavaşlayacaq.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə istehlak qiymətləri 2024-cü illə müqayisədə 5,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,8 %, qeyri-qida məhsulları üzrə 2,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,5 % artıb.
XXX
Moody`s": Azərbaycanda ÜDM artımı 2026-cı ildə 3 % təşkil edəcək
"Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanın ÜDM-nin artımının 2026-cı ildə 3 %-ə qədər sürətlənəcəyini proqnozlaşdırır. "Moody`s"in qiymətləndirmələrinə görə, Azərbaycanın ÜDM-i 2025-ci ildə 1,5 % artıb.
Agentlik 2027-ci ildə Azərbaycanın iqtisadi artımının 2,5 % təşkil edəcəyini gözləyir.
Beləliklə, agentliyin qiymətləndirmələrinə görə, 2026-2027-ci illərdə Azərbaycanın ÜDM-nin orta illik artımı 2,75 %-ə bərabər olacaq.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə iqtisadiyyatı 2025-ci ildə 1,4 % artıb.
© "Report"
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
11 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
11 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























