“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
“Prime Cotton” davamlı inkişaf və məsuliyyətli istehsal strategiyasına uyğun olaraq beynəlxalq standartlara uyğunluq sahəsində növbəti mühüm mərhələni uğurla tamamlamışdır.
Belə ki, Cəmiyyət İnteqrə Olunmuş Menecment Sistemi (İMS) üzrə ISO 9001:2015 (Keyfiyyətin idarə edilməsi), ISO 14001:2015 (Ətraf mühitin idarə edilməsi) və ISO 45001:2018 (Əməyin mühafizəsi və sağlamlığın idarə edilməsi) standartları üzrə aparılan audit prosesindən müvəffəqiyyətlə keçmiş və müvafiq sertifikatları əldə etmişdir.
Sertifikatlaşdırma prosesi beynəlxalq səviyyədə yüksək nüfuza malik “TÜV Austria Azərbaycan” şirkəti tərəfindən həyata keçirilmişdir. Yeni əldə olunan sertifikatlar “Prime Cotton” MMC-də keyfiyyət, əməyin mühafizəsi, sağlamlıq və ətraf mühit üzrə proseslərin vahid idarəetmə sistemi çərçivəsində qurulduğunu və davamlı təkmilləşdirildiyini təsdiqləyir.
Qeyd edək ki, bu nailiyyət “Prime Cotton”-un artıq malik olduğu OEKO-TEX® Standard 100, USDA Organic, Higg, Sedex Supplier Plus, Geodentify mənşə təsdiqi və International Cotton Association (ICA) üzvlüyü kimi beynəlxalq səviyyədə tanınan sertifikat və təşəbbüsləri strateji şəkildə tamamlayır. Sözügedən sertifikatlar şirkətin məhsul təhlükəsizliyi, ekoloji məsuliyyət, sosial uyğunluq, şəffaf təchizat zənciri və mənşə izlənəbilənliyi sahələrində ardıcıl və sistemli yanaşmasını əks etdirir.
“Prime Cotton” MMC-nin Baş İcraçı Direktoru Rövşən Mahmudov bu nailiyyəti belə şərh edib:
“Bizim üçün sertifikatlar məqsəd deyil, düzgün qurulmuş idarəetmə və məsuliyyətli biznes modelinin nəticəsidir. ISO 9001, ISO 14001 və ISO 45001 standartları əvvəllər əldə etdiyimiz beynəlxalq sertifikatlarla birlikdə ‘Prime Cotton’un keyfiyyətə, insan sağlamlığına, ətraf mühitə və şəffaflığa sadiqliyini bir daha nümayiş etdirir. Bu yanaşma həm tərəfdaşlarımız, həm də qlobal bazarlar qarşısında etibarlılığımızın əsasını təşkil edir.”
“Prime Cotton” qarşıdakı dövrdə də beynəlxalq standartlara uyğunluğun genişləndirilməsi, davamlılıq təşəbbüslərinin dərinləşdirilməsi və qlobal tekstil dəyər zəncirində rəqabətqabiliyyətli mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Qeyd edək ki, "Prime Cotton" MMC — 30 ildən artıq təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. "GP Cotton Holdings"in tərkibinə daxil olan "Prime Cotton", pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.
(+994 55) 515 01 01
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 9 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq




















