İcbari Sığorta Bürosunun yenilənmiş internet səhifəsi istifadəyə verilib
“İcbari Sığorta Bürosu” (İSB) Hüquqi Şəxslərin İttifaqı vətəndaşlara və sığorta bazarının iştirakçılarına göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini əsas prioritetlərdən biri kimi müəyyən edib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq İSB-nin internet səhifəsi - www.isb.az təkmilləşdirilmiş formada və yeni dizaynda istifadəyə verilib.
Büronun yaydığı məlumatda bildirilir ki, saytın yenilənməsində məqsəd istifadəçilər üçün daha rahat, çevik və funksional platformanın yaradılması, informasiya əlçatanlığının artırılmasıdır.
Yenilənmiş veb səhifə müasir dizayn və təkmilləşdirilmiş struktur əsasında hazırlanıb, istifadəni asanlaşdıran yeni texniki imkanlarla zənginləşdirilib. Saytda naviqasiya sistemi daha sadə formaya salınıb, ən çox istifadə olunan bölmələr ön plana çıxarılıb, Azərbaycan və ingilis dillərində istifadə imkanı təmin edilib.
Yeni versiyada vətəndaşlar, sığorta şirkətləri və digər maraqlı tərəflər üçün vacib məlumatlar sistemləşdirilib, icbari sığorta növləri, sığorta hadisələri zamanı atılacaq addımlar və prosedur qaydaları, tpl.az platforması, Yaşıl Kart sistemi barədə məlumatlar təqdim olunur. Saytda sığorta növləri üzrə statistik məlumatlar da yerləşdirilib və mütəmadi olaraq yenilənir.
İSB-nin informasiya sistemində “Şəxsi kabinet”in dizaynı yenilənib, funksionallığı daha da artırılıb. Saytda 4 yeni elektron xidmət istifadəyə verilib. İstifadəçilər bonus-malus əmsalı, sığorta tarixçəsi, radar cərimələri, sığorta hadisəsi üzrə müstəqil ekspertin təyin olunması və digər məsələlərlə bağlı müraciətlərini elektron qaydada təqdim edə bilərlər.
Sığorta müqavilələrinin yoxlanılması üçün istifadə olunan yoxla.isb.az, services.isb.az və greencard.isb.az linkləri yeni saytın strukturuna uyğunlaşdırılıb. Artıq bu linklər vasitəsilə istifadəçilər sığorta müqavilələrinin statusunu yenilənmiş interfeys üzərindən rahat şəkildə yoxlaya bilirlər.
Əlilliyi olan şəxslərin internet informasiya resursundan istifadəsini təmin etmək məqsədilə sayta “Müyəssərlik menyüsü” da əlavə edilib. Menyü vasitəsilə şrift ölçüsünün tənzimlənməsi, kontrast rejimlərinin tətbiqi, məzmunun böyüdülməsi, klaviatura ilə naviqasiya və animasiyalı elementlərin deaktiv edilməsi mümkündür.
İSB-nin fəaliyyəti, sığorta sektorunda baş verən yeniliklər və nailiyyətlər, qanunvericilikdə dəyişikliklər, maarifləndirici tədbirlər, tez-tez verilən suallar və digər aktual məlumatlar sayt vasitəsilə operativ şəkildə ictimaiyyətə çatdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























