Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 300 milyon dollar vəsait cəlb edib
Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) və "Standard Chartered" Orta Dəhlizin inkişafı üçün Qazaxıstanın milli dəmiryolu operatoruna - "Kazakhstan Temir Zholy" SC-yə 300 milyon ABŞ dolları (İsveçrə frankı ilə ifadə olunmuş ekvivalentdə) məbləğində vəsait ayırıb.
Bu barədə IFC-nin idarəedici direktoru Maxtar Diop sosial şəbəkələrdəki hesabında məlumat verib.
Onun sözlərinə görə, bu vəsait Almatı ətrafında 130 kilometrlik elektrikləşdirilmiş dəmir yolu dolama xəttinin inşası üçün ayrılıb:
"Bu layihə Qazaxıstanın ən böyük şəhərindən yan keçməklə yük daşımalarını yönləndirməyə və infrastrukturla bağlı uzunmüddətdir ki, qalan "dar sahələr"i aradan qaldırmağa, Şərqi Asiyanı və Avropanı birləşdirən Orta Dəhliz boyunca dəmiryol daşımalarının ötürücülük qabiliyyətini və etibarlılığını artırmağa imkan verəcək. Üstəlik, layihənin həyata keçirilməsi ilə Almatı ətrafında sıxlıq 40 %-dən çox və yüklərin çatdırılma müddəti isə 24 saata qədər azaldacaq".
Bundan başqa, maliyyələşdirməyə IFC-nin 50 milyon ABŞ dollarına qədər investisiyası, AİİB-in 150 milyon dollara qədər krediti və "Standard Chartered" bankının MIGA-nın zəmanəti ilə 100 milyon dollara qədər krediti daxildir.
"Qazaxıstan Dəmir Yolları"nın maliyyə direktoru Dair Kuşerov isə qeyd edib ki, Almatı dəmir yolu dolama xətti şəbəkənin əsas yenilənmələrindən birinə çevriləcək, əlavə imkanlar açaraq şəhər ətrafındakı yüklənməni azaldacaq: "Bu, "Qazaxıstan Dəmir Yolları"na yük həcmlərini daha səmərəli şəkildə emal etməyə, regional logistikanın dayanıqlığını artırmağa, həmçinin Orta Dəhlizin Asiya və Avropa arasında etibarlı körpü kimi rəqabət qabiliyyətini gücləndirməyə imkan verəcək".
Xatırladaq ki, 2024-cü ildə Transxəzər Marşrutu üzrə yük daşımaları 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə isə yükdaşımaların 5,2 milyon tona çatacağı gözlənilir. Bunun 4,2 milyon tonu marşrutun iştirakçısı olan ölkələrin ərazisindən keçəcək. Ümumi həcmin 2,5 milyon tonu quru yüklərin (96 min TEU), 1,7 milyon tonu isə neftin payına düşəcək.
2027-ci ilə qədər Orta Dəhlizin ötürücülük qabiliyyətinin illik 10 milyon tona çatacağı ehtimal olunur. Bu isə Azərbaycanın tranzit potensialını daha da gücləndirəcək və infrastruktura yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.
Qeyd edək ki, Orta Dəhliz ilə yük daşımaları üzrə 2030-cu il üçün hədəf proqnoz 11,4 milyon tondur.
© "Report"
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 5 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib






















