ABB Dövlət Vergi Xidməti ilə aksizli malların ödənişi üzrə tərəfdaşlığa başladı!
(®) ABB və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında qurulan əməkdaşlıq və məlumat sistemlərinin inteqrasiyası nəticəsində sahibkarlar üçün aksizli malların, ilkin mərhələdə tütün məmulatlarının satışı zamanı ödənişlərin ABB Biz tətbiqi vasitəsilə rəqəmsal qaydada həyata keçirilməsini təmin edən yeni, rahat və innovativ mexanizm istifadəyə verilib.
Bu mexanizm aksizli mallara görə ödəniş üçün əvvəllər istifadə edilən fərqli sistemlərə keçid ehtiyacını aradan qaldırır. Sahibkarlar ABB Biz tətbiqi daxilində alınan malların adını, sayını, qiymətini və məcburi nişanlama kodlarını görərək ödənişi eyni yerdən cəmi bir toxunuşla tamamlaya bilirlər.
Məlumat üçün bildirək ki, mövcud qaydalara əsasən aksizli malların satışı zamanı malların üzərində yerləşən DataMatrix (QR) kodları satıcı və alıcı tərəfindən ayrı-ayrılıqda skan edilməli, “Təqib və İzləmə Sistemi”ndə (TİS) yerdəyişmə və qəbul əməliyyatları təsdiqlənməli, ödəniş isə ayrıca həyata keçirilməli idi. Yeni mexanizm sayəsində tütün məmulatları üzrə kodların yenidən skan edilməsinə ehtiyac qalmır, təkrar əməliyyatlar aradan qalxır və sahibkarların işi daha da asanlaşır.
Qeyd olunan imkan ABB Biz tətbiqi və TİS sistemlərinin inteqrasiyası nəticəsində mümkün olub. Belə ki, topdansatışçı tərəfindən aksizli mallarla bağlı sifariş məlumatları daxil edildikdən sonra, sahibkara avtomatik bildiriş göndərilir və sifariş üzrə bütün ödəniş məlumatları ABB Biz tətbiqində əks olunur. Bu məlumatlar TİS bölməsində “Ödənilməli” statusu ilə görünür.
Bildirişi alan sahibkar əlavə sistemlərə keçid etmədən, ABB Biz tətbiqi daxilində cəmi bir toxunuşla ödənişi həyata keçirir. Ödəniş tamamlandıqdan sonra TİS-də müvafiq əməliyyatlar avtomatik icra olunur.
Eyni zamanda, sahibkar öz kassiri, anbardarı və ya digər səlahiyyətli nümayəndəsi üçün ABB Biz tətbiqi vasitəsilə elektron etibarnaməsini rəsmiləşdirərək, ona aksizli mallar üzrə ödənişlərin həyata keçirilməsi səlahiyyəti verə bilər. Bu isə gündəlik əməliyyatların daha rahat təşkilinə imkan yaradır. ABB Biz aksizli malların ödənişi üzrə sahibkarlar üçün vahid, rahat və müasir bank həlli kimi çıxış edir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















