Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
Ölkənin ilk rəqəmsal bankı Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi istiqamətində mühüm mərhələ yekunlaşıb.
Belə ki, Birbank-ın tətbiq etdiyi texnoloji dəstək sayəsində “Baku Bus” MMC də daxil olmaqla, Bakı şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus marşrutlarında və “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında təmassız ödəniş (NFC) texnologiyasını tətbiq etmək mümkün olub.
“K Group” MMC (BakıKart) ilə əməkdaşlıq sayəsində baş tutan layihə uğurla sona çatıb. Beləliklə bu gündən etibarən Bakı şəhərində ictimai nəqliyyatdan istifadə edən hər kəs gediş haqqını bütün banklara məxsus təməssız ödənişi dəstəkləyən (NFC) yerli bank kartları ilə ödəyə bilər. Bununla da paytaxtın ictimai nəqliyyat sistemində tam rəqəmsal ödəniş mühiti formalaşdırılıb.
Yenilik təkcə Kapital Bank/Birbank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem “Apple Pay”, “Google Pay” ödəniş sistemləri ilə yanaşı, “Birbank”, “BakıKart” və “m10” ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























