“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Yeni il bayramları ərəfəsində “McDonald’s Azərbaycan” paytaxtda 35-ci restoranını açıb.
Şəhərin iri yaşayış rayonlarından biri olan Yasamalın Yeni Yasamal massivində, Arif Mehdiyev küçəsi, giriş 2 ünvanında yerləşən restoran fəaliyyətə başladı.
Açılış mərasimində “McDonald’s Azərbaycan” şirkətinin Müşahidə Şurasının sədri Fərid Əlizadə, şirkətin baş direktoru Oskar Boqopolskiy və sahibkar Zahir Həsənov iştirak ediblər.
Restoranın interyeri “A Touch of Archery” dizayn konsepsiyası əsasında hazırlanıb və rahat, yüngül atmosfer yaradır.
İki mərtəbədən ibarət məkanda birinci mərtəbədə 40, ikinci mərtəbədə isə 120 oturacaq yeri mövcuddur.
Restoranda interaktiv özünəxidmət köşkləri, sifarişlərin masaya çatdırılması xidməti, geniş qəhvə içkiləri və desert seçimi ilə “McCafé”, həmçinin “McDelivery” çatdırılma xidməti təqdim olunur. Yeni restoranın açılışı ilə 100 yeni iş yeri yaradılıb.
Azərbaycana investisiya qoyan ilk qlobal brendlərdən biri olan “McDonald’s” artıq 26 ildən çoxdur ki, ölkənin qeyri-neft sektorunun inkişafına töhfə verir, yerli istehsalın həcminin genişlənməsinə dəstək göstərir.
“McDonald’s Azərbaycan” tədarük və logistika, rekrutment, informasiya texnologiyaları, marketinq və digər istiqamətlər daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrindən 100-dən çox yerli podratçı ilə əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























