Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ildə də monetar şəraitin formalaşmasında faiz dəhlizi mühüm rol oynamaqda davam edəcək və pul bazarında qısamüddətli faizlər pul siyasətinin yardımçı əməliyyat hədəfi olaraq istifadə ediləcəkdir. Banklararası pul bazarındakı faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət etməsi üçün Mərkəzi Bank arsenalındakı bütün alətlərdən adekvat və çevik şəkildə istifadə edəcəkdir. Təminatsız bazarda əqdlər üzrə orta çəkili faiz göstəricisi olan AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək və onun Mərkəzi Bankın uçot dərəcəsinə yaxın səviyyədə hərəkətinə xüsusi diqqət yetiriləcəkdir. Bu məqsədlə daimi imkan alətləri və açıq bazar əməliyyatları fəal şəkildə tətbiq ediləcəkdir.

Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Qeyd edilib ki, daimi imkan alətləri növbəti ildə də banklararası pul bazarında faizlərin faiz dəhlizi daxilində formalaşmasını təmin edəcəkdir. Daimi imkan aləti olaraq gecəlik depozit və gecəlik əks-repo əməliyyatlarından istifadə ediləcəkdir. Bu alətlər üzrə faiz dərəcələri müvafiq olaraq faiz dəhlizinin aşağı və yuxarı hədlərinə bərabər olacaqdır. 

Açıq bazar əməliyyatları olaraq sterilizasiya məqsədli müxtəlif müddətli not, habelə 7 günlük əməliyyatlar üzrə hərraclar keçiriləcəkdir. Bu alətlər üzrə faiz dərəcələri Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi qaydada formalaşacaqdır. Əvvəlki illərdə olduğu kimi növbəti ildə də alətlərin tətbiq olunma qaydaları maliyyə bazarı iştirakçılarına öncədən açıqlanacaqdır. Açıq bazar əməliyyatlarının istiqaməti (sterilizasiya və ya emissiya) bank sisteminin likvidlik mövqeyindən asılı olaraq müəyyənləşdiriləcəkdir. Açıq bazar əməliyyatlarının kəmiyyət parametrlərinə və müddətlərinə dair qərarlar bank sisteminin likvidlik mövqeyindən (izafi likvidlik və likvidlik çatışmamazlığı) asılı olaraq operativ şəkildə veriləcəkdir. Bu qərarlar əməliyyatlar keçirilməzdən öncə müvafiq bazar iştirakçılarına kommunikasiya ediləcəkdir. 

Növbəti ildə də bank sisteminin likvidlik mövqeyinin müntəzəm monitorinqi və proqnozlaşdırılması davam etdiriləcəkdir. Likvidliyin monitorinqi və proqnozlaşdırılması sahəsində fiskal orqanlarla informasiya mübadiləsinin daha da gücləndirilməsi nəzərdə tutulur. 

Pul siyasəti alətlərinin təkmilləşdirilməsi və pul bazarının inkişafı istiqamətində tədbirlər 2026-cı ildə də davam etdiriləcəkdir. Bu zaman beynəlxalq maliyyə təşkilatları və bank ictimaiyyəti ilə məsləhətləşmələr davam etdiriləcəkdir. Qeyd olunan istiqamətdə islahatlar ölkədə maliyyə alətlərinin diversifikasiyasını, bazar likvidliyinin artmasını və ölkə iqtisadiyyatının dayanıqlı maliyyələşməsini daha da gücləndirəcəkdir.

İş elanları AzVak.az-da

faiz dəhlizi pul bazarında qısamüddətli faizlər pul siyasətinin əməliyyat hədəfi banklararası pul bazarı Mərkəzi Bankın faiz dəhlizi monetar alətlər AZIR indeksi təminatsız pul bazarı uçot dərəcəsi AZIR və uçot dərəcəsi əlaqəsi daimi imkan alətləri gecəlik depozit əməliyyatları gecəlik əks-repo əməliyyatları açıq bazar əməliyyatları sterilizasiya əməliyyatları emissiya əməliyyatları Mərkəzi Bank not hərracları 7 günlük əməliyyatlar bank sisteminin likvidliyi izafi likvidlik likvidlik çatışmazlığı likvidliyin monitorinqi likvidliyin proqnozlaşdırılması fiskal orqanlarla koordinasiya maliyyə bazarı iştirakçıları pul bazarının inkişafı monetar siyasət alətlərinin təkmilləşdirilməsi maliyyə alətlərinin diversifikasiyası bazar likvidliyi dayanıqlı maliyyələşmə beynəlxalq maliyyə təşkilatları bank sektoru islahatları Mərkəzi Bankın rəsmi bəyanatı Marja.az iqtisadi xəbərlər Azərbaycan maliyyə bazarları
25.12.2025 06:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18