Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
"Prime Cotton"un istehsal etdiyi pambığın tam orqanik olduğunu rəsmi şəkildə təsdiqləndi. Rövşən Mahmudov: Azərbaycanın pambıq sektorunda bu sertifikatı əldə edən ilk şirkət olmaq bizim üçün böyük qürurdur."Prime Cotton" şirkəti Azərbaycanın pambıq sektorunda tarixi bir mərhələyə imza ataraq, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin National Organic Program (USDA NOP) çərçivəsində rəsmi Orqanik Sertifikat əldə edən ilk şirkət olub.
USDA NOP sertifikatı "Prime Cotton"un istehsal etdiyi pambığın:
• tam orqanik olduğunu,
• istehsal proseslərinin şəffaf və izlənəbilən şəkildə aparıldığını,
• fəaliyyətlərin qlobal səviyyədə tanınan orqanik standartlara uyğunluğunu rəsmi şəkildə təsdiqləyir.
Bu sertifikat Prime Cotton məhsullarının beynəlxalq bazarlarda etibarlı və rəqabətqabiliyyətli şəkildə təqdim olunmasına mühüm imkanlar yaradır və şirkətin qlobal tərəfdaşlar üçün etibarlı təchizatçı mövqeyini daha da gücləndirir.
“USDA NOP Orqanik Sertifikatının əldə olunması Prime Cotton üçün sadəcə bir sertifikat deyil, şirkətimizin gələcək inkişaf istiqamətini müəyyən edən strateji bir addımdır. Azərbaycanın pambıq sektorunda bu sertifikatı əldə edən ilk şirkət olmaq bizim üçün böyük qürurdur. Bu nailiyyət dayanıqlı kənd təsərrüfatına, şəffaf istehsala və beynəlxalq standartlara sadiqliyimizin bariz göstəricisidir. Məqsədimiz Azərbaycan pambığını qlobal bazarlarda yüksək etimadla təmsil etməkdir” - deyə Prime Cotton şirkətinin Baş icraçı direktoru Rövşən Mahmudov bildirib.
USDA NOP sertifikatı Prime Cotton-un dayanıqlılıq və məsuliyyətli istehsal strategiyasının tərkib hissəsidir. Şirkət eyni zamanda Sedex, OEKATEX, Geodentify, Higg, ICA kimi beynəlxalq sertifikat və üzvlüklərə malikdir.
Bu sertifikat və üzvlüklər Prime Cotton-un beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və məsuliyyətli istehsal prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.
Qeyd edək ki, "Prime Cotton" MMC — 30 illik təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. "GP Cotton Holdings"in tərkibinə daxil olan "Prime Cotton", pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.
+994 (55) 515 01 01
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























