Azərbaycan iş adamları Macarıstana səfər edəcək
Oktyabr ayında Budapeştdə Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclası keçiriləcək, Azərbaycan iş adamlarından ibarət ixrac missiyası Macarıstana səfər edəcək.
Bu məsələlərə, eləcə də Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev və Macarıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi arasında keçirilmiş görüşdə müzakirələr aparılıb.
Nazir nazir Şahin Mustafayev qeyd edib ki, yaxın vaxtlarda Macarıstanda Azərbaycanın ticarət nümayəndəsinin təyin olunması, eləcə də qarşılıqlı ticarətin genişləndirilməsi üçün digər mexanizmlərdən istifadə edilməsi planlaşdırılır.
Oktyabrın əvvəlində Azərbaycan nümayəndə heyətinin Macarıstana səfəri, keçiriləcək görüşlər və Macarıstan-Azərbaycan biznes dairələrinin görüşü, həmçinin Macarıstana Azərbaycanın ixrac missiyasının təşkili ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına, yeni əlaqələrin qurulmasına töhfə verəcək.
Nazir Şahin Mustafayev vurğulayıb ki, əczaçılıq sahəsində də ölkələrimiz arasında əməkdaşlıq imkanları genişdir.
Macarıstan istehsalı olan dərman vasitələrinin Azərbaycanda istehsalı üçün Pirallahı Sənaye Parkında geniş infrastrukturdan və iş adamları üçün əlverişli imkanlardan yararlanmaq olar.
Macarıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidentinin onu qəbul etdiyini və bu görüşdən böyük təəssüratını ifadə edib.
Macarıstan-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsinə dair fikirlərini bölüşən səfir oktyabrda Macarıstana nəzərdə tutulan ixrac missiyasına bu ölkənin iş adamlarının böyük marağı olduğunu, artıq işgüzar görüşlərdə iştirak etmək üçün 100-dən çox macar şirkətinin müraciət etdiyini diqqətə çatdırıb.
Səfir Viktor Szederkenyi iqtisadiyyat nazirini oktyabrın 25-də Budapeştdə keçiriləcək “World Export Development Forum 2017”-yə dəvət edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)






.jpg)
